Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Polşa və Qazaxıstanda Azərbaycan Ticarət Evi açılacaq.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sentyabrın 7-də keçirilən İxracatçılar Klubunun növbəti iclası Polşa və Qazaxıstanda açılması nəzərdə tutulan ticarət evlərinə həsr edilib. Bildirilib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə artıq 3 ölkədə - Belarus, Latviya və Ukraynada Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Ticarət evlərində Azərbaycan şirkətlərinin istehsal etdiyi müxtəlif növ məhsulların daimi sərgisi fəaliyyət göstərir. Bu sərgilərdə şərab və konyak, meyvə şirələri, kompotlar, mineral sular, tərəvəz, mürəbbələr, turşular, konservlər, bitki yağları, çay, xalça, tekstil, ipək və kosmetika malları, elektrik avadanlıqları, plastik məmulatlar və sair nümayiş olunur.

Qeyd edilib ki, ticarət və şərab evlərinin açılması Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması, ixracın və istehsalın stimullaşdırılması istiqamətində əhəmiyyətli rol oynayır. Bu tədbirlərin davamı olaraq 2018-ci ilin sonunadək Polşa və Qazaxıstanda da ticarət evlərinin açılması nəzərdə tutulur.

Azərbaycanda İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirov Azərbaycanın Polşa və Qazaxıstanda açılacaq ticarət evləri barədə ətraflı məlumat verib, sahibkarları bu sahədə fəallığa dəvət edib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.