Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

"VI Çin-Avrasiya" Sərgisi çərçivəsində Azərbaycan məhsullarının Çinə ixracına dair razılıqlar əldə edilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Çinin Urumçi şəhərində keçirilən "VI Çin-Avrasiya" Sərgisində nümayiş olunan Azərbaycanın qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə məhsullarına sərgi ziyarətçiləri və xarici şirkətlər tərəfindən böyük maraq göstərilir.

Sərgi çərçivəsində Azərbaycan şərabının və digər spirtli içkilərin Çinə ixracına dair "Göygöl Şərab Zavodu" ASC və Çin şirkətləri arasında müzakirələr aparılıb, "Ayan" şirkəti ilə Azərbaycan limonadının ixracına dair razılığa gəlinib. Azərbaycanda istehsal olunan bir çox məhsullar kimi zeytun yağı da sərgidə iştirak edən xarici şirkətlərin diqqətini cəlb edib və 10 ton zeytun yağının Çinə ixracına dair "Azərsun Holding" şirkəti ilə razılıq əldə olunub.

Bundan başqa, Çinin "İxlas" distribüter şirkəti ilə Azərbaycanın qənnadı məmulatları istehsalçısı olan "Konfiron" MMC arasında danışıqlar aparılıb və ilkin razılaşma əldə olunub. Çinin "Hans Zhou", "TIAN SHENG HOLDINGS", "BEIJING REVIEW" kimi şirkətləri isə Azərbaycan fındığına böyük maraq göstərib və bu şirkətlərlə "Azhazelnut" şirkəti arasında ixraca dair danışıqlar aparılıb.

Qeyd edək ki, avqustun 30-da Çinin Urumçi şəhərində başlayan "VI Çin-Avrasiya" Sərgisində Azərbaycan məhsulları İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunur.