Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pambıqçılıq təsərrüfatlarında çalışan işçilərin təhlükəsizliyinin qorunması, pestisidlər, aqro-kimyəvi maddələr və digər bitki mühafizə vasitələrindən düzgün istifadə qaydalarının təşviqi ilə bağlı regionlarda maarifləndirici görüşlərini davam etdirir.

Bu barədə agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları Şöbəsindən bildirilib.

AQTA-nın əməkdaşları iyulun 5-də yerli və xarici şirkətlərin nümayəndələri ilə birgə Ağcabədi rayonunda yerləşən bir sıra pambıq sahələrinə baxış keçiriblər.

Agentliyin Fitosanitar nəzarəti şöbəsinin müdiri X.Dadaşova təsərrüfat rəhbərləri ilə görüşdə sanitar-gigiyena normaları və təhlükəsizlik texnikası qaydaları barədə ətraflı məlumat verərək bildirib ki, sahələrdə texniki təhlükəsizlik qaydalarına və tətbiq olunma təlimatına dəqiq, düzgün riayət edildikdə istifadə olunan pestisidlərin ətraf mühit və insan sağlamlığına mənfi təsiri olmur, əksinə pestisidlərdən düzgün istifadə məhsul itkisinin qarşısını alır, məhsulun əmtəəlik keyfiyyətini yaxşılaşdırır.

Şöbə müdiri, həmçinin qeyd edib ki, açıq tarla seminarlarının keçirilməsində əsas məqsəd pestisidlərin tətbiqini həyata keçirən iş icraçıları, torpaq mülkiyyətçiləri və fermerlər arasında təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsidir.

Görüşün sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb, pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına dair təlimatlar təsərrüfat rəhbərlərinə və pambıq sahəsində çalışan işçilərə paylanılıb.