Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
15-21 avqust 2019-cu il
32 (1080)
8-14 avqust 2019-cu il
31 (1079)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Bu ilin yanvar-may aylarında Azərbaycan ilə Finlandiya arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə artıb. Azərbaycanda sənaye, ticarət, xidmət və tikinti sahələrində 13 Finlandiya şirkəti qeydiyyatdan keçib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Finlandiyanın xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleyninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı və onun prioritet istiqamətləri, iqtisadiyyatın şaxələndirilməsi, eləcə də iqtisadi sahədə həyata keçirilən kompleks islahatlar, yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib. Qeyd edib ki, Avropa İttifaqı ölkələri ilə keçirilən görüşlər, biznes forumlar, qarşılıqlı səfərlər əməkdaşlığın inkişafına, iş adamları arasında əlaqələrin genişlənməsinə töhfə verir. Azərbaycan Avropa İttifaqı ölkələri, o cümlədən Finlandiya ilə əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan və Finlandiya arasında ticarət dövriyyəsi 2017-ci ildə 19,2 milyon dollar təşkil edib. Bu ilin yanvar-may aylarında Azərbaycan-Finlandiya ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə artıb. Azərbaycanda sənaye, ticarət, xidmət və tikinti sahələrində 13 Finlandiya şirkəti qeydiyyatdan keçib. Bildirilib ki, Avropa İttifaqı ilə, o cümlədən Finlandiya ilə müxtəlif proqramlar (Tvinninq, TAIEX və s.) çərçivəsində də uğurlu əməkdaşlıq həyata keçirilir.

Görüşdə ölkələrimiz arasında biznes əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya yatırılmasının və ticarətin həcminin artırılmasının önəmi qeyd edilib, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində, sənaye parklarında Finlandiya şirkətlərinin iştirak imkanlarını, energetika, ekologiya, peşə təhsili sahəsində əməkdaşlıq potensialını diqqətə çatdırılıb. Nəqliyyat dəhlizləri barədə məlumat verən nazir Şahin Mustafayev qeyd edib ki, Finlandiya Azərbaycanın geniş nəqliyyat infrastrukturundan və tranzit potensialından, Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından yararlana bilər.

Finlandiyanın xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleynin ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini bildirib. Xanım Anne-Mari Viroleynin Bakıya səfəri çərçivəsində keçirilən görüşlərin, aparılan müzakirələrin əlaqələrin genişlənməsində əhəmiyyətini vurğulayıb.

Görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.