Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının yekununa dair “Birgə Bəyannamə” imzalanıb.

Toplantının yekunları ilə bağlı keçirilən mətbuat konfransında energetika naziri Pərviz Şahbazov Azərbaycan təbii qazının bu il Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılacağını deyib.

Nazir qeyd edib ki, toplantıda “Cənub Qaz Dəhlizi” layihəsi üzrə ötən il ərzində görülən işlər və onun seqmentləri üzrə irəliləyişlər müzakirə edilib, müxtəlif qərarlar qəbul olunub. Layihə uğurla icra olunur və icra vəziyyəti qane edicidir. Cənub Qaz Dəhlizi Azərbaycanda “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələrindən, Gürcüstan-Türkiyə sərhədindən başlayan və Yunanıstan sərhədinədək uzanan TANAP layihəsindən, Türkiyə-Yunanıstan sərhədindən başlayaraq İtaliyanın cənubuna qədər davam edən TAP layihələrindən ibarətdir: “Bu ilin ortalarında Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək, 2020-ci ildə isə Avropaya çatdırılacaq. Çünki dünya qaz bazarına çıxış Azərbaycanın prioritetlərindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməkdədir”.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç bildirib ki, bu il “Cənub Qaz Dəhlizi” layihəsi icrası baxımından əlamətdar hadisələrlə yadda qalacaq: “Cənub Qaz Dəhlizi strateji əhəmiyyətə malik layihədir. Bu layihə ilə Azərbaycan qazı cari ildə Türkiyəyə, iki il sonra isə Avropa göndəriləcək. Avropanın maliyyə qurumları da bu layihəyə öz dəstəyini göstərir. Avropanın müvafiq bankları artıq həm TANAP, həm də TAP-a maliyyə vəsaiti ayırıb”.

O qeyd edib ki, Türkmənistanın da Cənub Qaz Dəhlizinə marağı böyükdür: “Trans-Xəzər” qaz boru kəməri ilə bağlı Avropa İttifaqının və Avropa Komissiyasının mandatı bizə həvalə olunub. Hazırda Türkmənistan tərəfi ilə danışıqlar aparılır. Biz bu danışıqların intensiv davam etdirilməsində maraqlıyıq. Azərbaycan da bu prosesdə fəal iştirak edir”.

M.Şefçoviç İranın da Cənub Qaz Dəhlizinə qoşulması üçün mümkün variantların nəzərdən keçirildiyini bildirib. Qeyd edib ki, bu da “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətinin göstəricisidir.

ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio isə ölkəsinin qlobal əhəmiyyətli enerji layihələrini dəstəklədiyini deyib. Qeyd edib ki, ABŞ Avropada enerji təchizatı marşrutlarının şaxələndirilməsində maraqlıdır: “Avropanın enerji təhlükəsizliyi bizim üçün vacibdir. Çünki bu, güclü Avropa, ABŞ-ın güclü tərəfdaşı deməkdir. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün əhəmiyyətli layihədir”.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı isə ötən il fevralın 23-də keçirilib.