Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Almaniya Azərbaycan iqtisadiyyatına 556 milyon dollar investisiya yatırıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann ilə görüşdə İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Ayaz Əliyev Azərbaycan-Almaniya əməkdaşlığının müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycanda xidmət, nəqliyyat, ticarət, sənaye, tikinti, rabitə, bank və sığorta sahələrində 200-dən çox Almaniya şirkəti fəaliyyət göstərir. Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 556 milyon dollar investisiya qoyulub. Bundan başqa, ölkəmizdə həyata keçirilən layihələrdə Almaniya şirkətləri podratçı kimi də iştirak edir.

Diqqətə çatdırılıb ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında 2011-ci ildə yaradılan Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupun rolu əhəmiyyətlidir. Aparat rəhbəri diqqətə çatdırıb ki, Azərbaycanın biznes dairələri Almaniyada keçirilən müxtəlif formatlı tədbirlərdə - biznes-forumlar, işgüzar görüşlər, sərgilərdə iştirak etməklə iqtisadi əməkdaşlığın genişlənməsinə töhfələr verir. Bu tədbirlərin davamı olaraq, Azərbaycan şirkətləri fevralın 7-9-da Berlin şəhərində keçirilən "Fruit Logistica 2018" beynəlxalq meyvə-tərəvəz sərgisində iştirak edir, öz məhsullarını nümayiş etdirirlər.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib və palatanın əlaqələrin inkişafında rolunu vurğulayıb. O, Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin bu il fevralın 12-14-də Azərbaycana nəzərdə tutulan səfərinin, keçiriləcək ikitərəfli görüşlərin iqtisadi əlaqələrin genişlənməsində əhəmiyyətli olacağını qeyd edib.

Tobias Baumann Azərbaycanın regionları ilə tanışlıq, burada fəaliyyət göstərən müəssisələrlə alman şirkətləri arasında əlaqələrin yaradılması barədə fikirlərini bildirib.

Təklif müsbət qarşılanıb və müvafiq dəstəyin göstəriləcəyi vurğulanıb.