Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Azərbaycanın İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Cənubi Qafqaz və Mərkəzi Asiyanın ən güclü beyin mərkəzi seçilib.

CESD-in sədri Vüqar Bayramov bildirib ki, ABŞ-ın Pensilvaniya Universitetinin hazırladığı dünyanın aparıcı beyin mərkəzlərinin reytinqi ilə bağlı beynəlxalq hesabat Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil qərargahında təqdim edilib.

Hesabatın təqdimatı, eyni zamanda dünyanın 100-dən artıq ölkəsində də təşkil edilib. Sözügedən sənədin beynəlxalq maliyyə qurumlarında, o cümlədən Dünya Bankında da təqdimatı həyata keçirilib. Qlobal reytinqlər müəyyənləşdirilən zaman dünyanın 182 ölkəsini təmsil edən 6545 beyin mərkəzi arasında sorğu keçirilib və nəticələri 1500 ekspert tərəfindən qiymətləndirilib. Beynəlxalq qiymətləndirmədə İqtisadi və Sosial İnkişaf Mərkəzi Cənubi Qafqaz və Mərkəzi Asiyanın ən güclü beyin mərkəzi seçildiyi elan olunub. CESD hesabatda əksər kateqoriyalar üzrə dünyanın aparıcı beyin mərkəzləri siyahısına daxil edilib.

V.Bayramov qeyd edib ki, artıq CESD 8 ildir ki, Cənubi Qafqaz və Mərkəzi Asiyan regionunda ən güclü beyin mərkəzi statusunu qoruyub saxlayıb. Hələlik dünyada yeganə qlobal qiymətləndirmə olan və kifayət qədər nüfuzlu beynəlxalq hesabatda regionun aparıcı beyin mərkəzinin Azərbaycan təşkilatı olması sevindirici olmaqla yanaşı, mərkəzimizin regional elmi və praktik tədqiqatlara töhfəsinin səviyyəsini göstərir. CESD regionun TOP-beyin mərkəzi olmaq üçün Cənubi Qafqazın 3, Mərkəzi Asiyanın 5 ölkəsini və Əfqanıstanı təmsil edən təşkilatlar ilə rəqabət aparıb.

"CESD sözügeden hesabatda 23 kateqoriya üzrə dünyanın ən aparıcı beyin mərkəzləri siyahısına daxil edilib. Eyni zamanda, təşkilatımız illik büdcəsi 5 milyon dollardan az olan beyin mərkəzləri arasında dünyada 4-cü olmaqla yanaşı, dünyanın 10 ən yaxşı idarə olunan beyin mərkəzidir. CESD, həmçinin dünyanın ən güclü 15 müstəqil beyin mərkəzindən biridir. Biz qlobal enerji və resurs siyasəti üzrə də ilk 15-likdə yer almışıq", - deyə iqtisadçı alim əlavə edib.