Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

2018-ci ildə “Şahdəniz” və “Azəri-Çıraq-dərinsulu Günəşli” (AÇG) yataqlarındakı platformaların heç birinin dayandırılması proqramı həyata keçirilməyəcək.

Bu barədə BP-nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

Qeyd edək ki, platformaların dayandırılması üzrə planlaşdırılmış profilaktik işlər əsasən inspeksiya və layihə işlərinin effektiv şəkildə aparıla bilməsi üçün həyata keçirilir. Bu işlər platformaların təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini davam etdirməsi üçündür. Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm aparılır.

Xatırladaq ki, 2017-ci ildə AÇG-nin heç bir platformasının dayandırılması proqramı həyata keçirilməyib. Sonuncu dəfə AÇG yatağının illik iş proqramının bir hissəsi olaraq 2016-cı il noyabrın 7-dən “Şərqi Azəri” platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçirilmişdi.

Ötən ilin avqustunda isə “Şahdəniz”in illik iş proqramının bir hissəsi olaraq “Şahdəniz-1” platformasında, Səngəçal terminalındakı “Şahdəniz” qurğularında və Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemində planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirilmişdi.