Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

"AzerGold" QSC qeyri-neft ixracının liderlərindən birinə çevrilib.

QSC-nin mətbuat xidmətindən bildiriblər ki, bunu qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına həsr olunan iclasda deyib.

Zakir İbrahimov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hər bir sahədə uğurla inkişaf edir. İdarə Heyətinin sədri qeyri-neft sektorunun sürətli inkişafını və bu inkişafa "AzerGold" QSC-nin də öz töhfəsini verdiyini qeyd edərək, cəmiyyətin qeyri-neft ixracının liderlərindən birinə çevrildiyini deyib.

İclasda Daşkəsəndə yerləşən Çovdar, Balakəndə yerləşən Filizçay və Mazımçay, Naxçıvan Muxtar Respublikasında yerləşən Göydağ-Əlincə filiz qovşağının Ortakənd sahələrində kəşfiyyat, tədqiqat, tikinti, istismar işlərinin davam etdirilməsi, ölkədə əlvan metal sənayesinin davamlı və dayanıqlı inkişafının təmin edilməsi, cəmiyyətin xərclərinin optimallaşdırılması, planlaşdırılan ixrac əməliyyatlarının yerinə yetirilməsinin zəruriliyi vurğulanıb. Bununla yanaşı, tədbirdə yeni perspektivli sahələrin aşkarlanması, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi, kadr potensialının möhkəmləndirilməsi, layihə və proqramların icrası, həmçinin digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

İdarə Heyətinin sədri Prezident İlham Əliyevin 2015-ci il 11 fevral tarixli Sərəncamından irəli gələn tapşırıqların yerinə yetirilməsi üçün hər bir əməkdaşın bacarıq və qüvvəsini əsirgəməyəcəyinə dair əminliyini bildirib.

Tədbirdə cəmiyyətin idarə və işçi heyəti, həmçinin Çovdar Filiz Emalı Sahəsində çalışan əməkdaşlar videobağlantı vasitəsilə iştirak ediblər.