Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Bank Ombudsmanı Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirir.

Bank Ombudsmanı İkram Kərimovun Avropa İttifaqının ölkəmizdə mediasiya üzrə pilot layihəsinin həyata keçirilməsi üzrə ekspertlər - Avropa İttifaqının nümayəndəsi Rimantas Simaitis, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Aparat rəhbəri Fərhad Nəsəfov və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mütəxəssisi Məryəm Hacı-İsmayılova ilə keçirdiyi görüşdə Azərbaycanda yenicə yaradılmış Bank Ombudsmanı, görülmüş işlər, mediasiya sahəsində Bank Ombudsmanının fəaliyyətinin rolu barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan Banklar Assosiasiyasından  bildirilib ki, İkram Kərimov qonaqlara Bank Ombudsmanının yaranma zərurəti, görülmüş işlər, müraciətlərin statistikası, tərəfdaş banklar, qarşıya çıxan problemlər və onların həlli yolları, qurumun beynəlxalq əlaqələri haqqında məlumat verib və gələcəkdə görülməli olan işlərdən danışıb.

O, müasir dövrdə banklar ilə müştərilər arasında yaranan fikir ayrılıqlarının məhkəməyə getmədən həllinin böyük əhəmiyyət kəsdiyini vurğulayıb, aztəminatlı ailələrin qarşılaşdıqları bu problemlərin həllinə nail olmasının vacibliyini xüsusilə qeyd edib. Bu sahədə olan beynəlxalq təcrübənin, eləcədə bu il qəbul olunması planlaşdırılan Maliyyə Ombudsmanı haqqında Qanun layihəsi ətrafında aparılan müzakirələrin önəmli olduğunu qonaqların nəzərinə çatdırıb.

Avropa İttifaqının nümayəndəsi Rimantas Simaitis Azərbaycanda belə bir institutun yaranmasının mühüm bir addım olduğunu bildirib, bu sahədə görülən işləri yüksək qiymətləndirib.

O qeyd edib ki, mediasiya sahəsində Ehtiyacların Qiymətləndirilməsi Hesabatını hazırlamaq üçün fakt-araşdırıcı missiyanın həyata keçirilməsi, məlumatlandırmanın artırılması üçün seminarların keçirilməsi, əsas iştirakçı tərəflərlə müzakirələrin aparılması, təlim səfərinin keçirilməsi və ölkədə mediasiyanın inkişaf etdirilməsi üçün Yol xəritəsinin hazırlanması da bu layihəyə daxildir.

Sonda Bank Ombudsmanı və Avropa İttifaqının nümayəndələri dövlət orqanları ilə bu sahədə əməkdaşlığın daha yüksək səviyyədə davam etdirilməsinin vacibliyini qeyd ediblər.