Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Dekabrın 26-da Kənd Təsərrüfatı Nazirliyində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) Rəhbər Komitəsinin ikinci görüşü keçirilib.

Nazirlikdən  bildiriblər ki, nazir müavini İlham Quliyev FAO ilə Azərbaycan arasında həyata keçirilən layihələri yüksək qiymətləndirib, gələcəkdə də yeni layihələrin reallaşdırılması üçün əməkdaşlığa önəm verildiyini deyib.

Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların effektiv yetişdirilməsi və yemlənməsi sistemlərinin yaradılması yolu ilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi”, həmçinin “Azərbaycanın yüksək və alçaq dağlıq əraziləri üçün dayanıqlı qoyunçuluq istehsalı strategiyalarının hazırlanması” layihələri barədə geniş məlumat verib və bu layihələrin heyvandarlığın inkişafına töhfə verəcəyini qeyd edib.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Elmar Allahverdiyev “Azərbaycanda xəstəliklərdən azad milli kartof toxumçuluğu sisteminin yaradılması” layihəsi barədə ətraflı məlumat verərək, ölkəmizdə bu sahənin inkişafı üçün potensial imkanların olduğunu bildirib.

Görüşdə hər bir layihə ətrafında geniş fikir mübadiləsi aparılıb.

FAO-nun Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak ölkəmizlə əməkdaşlığı yüksək qiymətləndirərək, yeni layihələrin həyata keçirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Nazirliyin müvafiq şöbələri və qurumlarının rəhbərlərinin, həmçinin Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər, Maliyyə nazirliklərinin nümayəndələrinin iştirak etdiyi görüşdə “FAO-Azərbaycan tərəfdaşlıq proqramı” çərçivəsində təqdim olunan layihələr müzakirə olunub.