Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Dekabrın 22-də Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun 40 illik yubileyi qeyd olunub.

Bu münasibətlə keçirilən tədbirdə Milli Məclisin deputatları, səfirliklərin və elmi ictimaiyyətin nümayəndələri, həmçinin vaxtilə aqrar sahədə rəhbər vəzifələrdə olmuş veteran kənd təsərrüfatı işçiləri iştirak ediblər.

Yubiley tədbirində çıxış edən Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev zəngin ənənələrə malik elm ocağının Azərbaycan aqrar elmi-tədqiqat sistemində mühüm yeri olduğunu, respublikamızda üzümçülük və şərabçılığın elmi əsaslarla inkişaf etdirilməsinə sanballı töhfələr verdiyini diqqətə çatdırıb.

Nazirlik Aparatının elm və təhsil şöbəsinin müdiri Namiq Məmmədov Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi adından institutun kollektivini təbrik edib və respublikada üzümçülüyün müasir tələblər səviyyəsində inkişafına nail olunması məqsədilə elm-istehsal-təhsil əlaqələrinə diqqət yetirilməsinin zəruri olduğunu bildirib.

İnstitutun direktoru, texniki elmlər doktoru, Beynəlxalq Üzümçülük və Şərabçılıq Akademiyasının həqiqi üzvü Tariyel Pənahov Azərbaycanda üzümçülüyün və şərabçılığın tarixi və inkişaf yolu haqqında məruzə ilə çıxış edib. O, üzümçülüyün Azərbaycanda qədim tarixi ənənələrə malik olduğunu, xüsusilə ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə bu sahənin inkişafının ən yüksək zirvəyə çatdığını, lakin Mixail Qorbaçovun qərarı ilə dağıdıldığını, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində yenidən dirçəldiyini qeyd edib.

Bildirilib ki, üzüm-şərab istehsalında ortaya çıxan mühüm problemlərin həlli məqsədilə alimlərimiz öz elmi axtarışlarını Strateji Yol Xəritəsi çərçivəsində yeni keyfiyyətlə davam etdirmək əzmindədirilər. Üzümçülük və şərabçılıq sahəsində elmi nailiyyətlərin, standartların, tövsiyələrin, normativ-hüquqi sənədlərin işlənib hazırlanması, səmərəli texnologiyaların istehsalata tədbiq olunması və təcrübə mübadiləsi baxımından Beynəlxalq Üzüm və Şərab Təşkilatı ilə əlaqələrin genişləndirilməsi vacib amildir. Həmçinin üzümçülük və şərabçılıq məhsullarının reklamının gücləndirilməsi məqsədilə ölkədə beynəlxalq dequstasiyaların keçirilməsi üçün Azərbaycanda fəaliyyət göstərən şərabçılıq müəssisələri tərəfindən müvafiq dəstəyin verilməsi önəmlidir.

Tariyel Pənahov qeyd edib ki, beynəlxalq elm məkanına inteqrasiyanı gücləndirmək, elmi axtarışların keyfiyyətini yüksəltmək, innovativ texnologiyaların öyrənilməsi və tətbiqi məqsədilə alim və mütəxəssislərin nüfuzlu xarici elmi mərkəzlərə və institutlara ezam olunması lazımdır.

Qeyd olunub ki, müasir standartlara uyğun tinglərin istehsalı və ixracı, həmçinin həmin tinglərin beynəlxalq sertifikatlaşdırılmasını təmin etmək məqsədilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə birlikdə Ting İstehsalçıları Assosiasiyasının yaradılması imkanları araşdırılır.

Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, Azərbaycanda üzümçülük və şərabçılıq qədim köklərə dayanır. Dünyanın məşhur tarixçiləri, səyyahları, coğrafiyaşünas alimləri, o cümlədən eramızdan əvvəl yaşamış yunan alimi Heredot, Roma alimi Plini, yunan coğrafiyaşünası Strabon və başqaları öz əsərlərində, xatirə və qeydlərində üzüm bitkisinin ən qədim məskənlərindən birinin Azərbaycan ərazisi olduğu barədə fikir söyləyiblər.

“Azərbaycanda üzüm və şərabçılığın inkişafı üçün alimlərimiz bir araya gəlib, bu istiqamətdə işlər görməlidirlər. Sahənin daha da inkişaf etdirilməsi üçün əlaqəli şəkildə çalışmaq lazımdır. Gənclərdə üzümçülüyə marağın artırılması və onlara lazımi biliklərin verilməsi bu istiqamətdə atılan mühüm addımlardan biri hesab olunur. Bununla bağlı işlərin görüləcəyinə və bu sahənin daha da inkişaf etdiriləcəyinə əminəm”, - deyə komitə sədri vurğulayıb.

Daha sonra qonaqlar ölkəmizdə üzümçülüyün inkişafı ilə bağlı fikirlərini bölüşüb, təbriklərini səsləndiriblər. Respublika Kənd Təsərrüfatı və Qida Sənayesi Həmkarlar İttifaqı Federasiyasının sədri Tofiq Quliyevin institutun kollektivinə təbrik məktubu oxunub, federasiya tərəfindən elmi-tədqiqat ocağının 10 əməkdaşına fəxri fərman və pul mükafatı verilib.

Tədbirin sonunda qonaqlar elmi-tədqiqat institutunda yaradılan şəraitlə tanış olublar.