Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

İndiyədək Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 27 milyard ABŞ dollarından çox investisiya yatırıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, iqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, Hökumətlərarası Komissiyanın Britaniya tərəfdən həmsədri Baronessa Rona Feyrhed ilə görüşüb, ölkələrimiz arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Nazir Şahin Mustafayev Azərbaycanın Böyük Britaniya ilə ikitərəfli əlaqələrə önəm verdiyini, ölkələrimizin iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Qeyd olunub ki, ölkəmizdə Britaniya sərmayəli 500-dən çox şirkət fəaliyyət göstərir. Azəri-Çıraq-Günəşli layihəsinin bu ilin sentyabrında 2050-ci ilədək uzadılmasının tarixi əhəmiyyətini qeyd edən nazir Şahin Mustafayev Azərbaycanın Britaniyanın BP şirkəti ilə neft-qaz hasilatı sahəsində uğurlu əməkdaşlıq etdiyini bildirib. BP şirkəti ölkəmizdə neft-qaz sahəsində 7 layihədə iştirak edir, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, o cümlədən TANAP və TAP layihələrində paya malikdir. Azərbaycana yatırılan investisiyaların həcminə görə Böyük Britaniya ilk yerdədir. İndiyədək Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən 27 milyard ABŞ dollarından çox investisiya qoyulub. Azərbaycan gəncləri dünyanın aparıcı universitetlərində, eləcə də Böyük Britaniyada təhsil alırlar.

Azərbaycanın qeyri-neft sektoru sahəsində Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edən nazir Şahin Mustafayev Baronessa Rona Feyrhedin Bakıya səfərinin əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb, əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib. Vurğulanıb ki, Britaniya şirkətləri Sumqayıt Kimya Sənaye Parkına və digər parklara investisiya qoya, neft-qaz sənayesində istifadə olunan avadanlıqları birgə istehsal edə, Azərbaycanda dərman preparatları, tibbi avadanlıq və qida sənayesi məhsulları birgə istehsal oluna, birgə müasir ət və süd emalı müəssisələri, heyvandarlıq təsərrüfatları yaradıla bilər. Bundan başqa, turizm, nəqliyyat, İKT sahələrində əlaqələrin inkişafı üçün imkanlar genişdir. Böyük Britaniya Azərbaycanın nəqliyyat infrastrukturu və tranzit imkanlarından istifadə edə bilər. Nazir Şahin Mustafayev, həmçinin Azərbaycanın qeyri-neft ixracının artdığını qeyd edib, ölkəmizdən Böyük Britaniyaya ixrac potensialı olan məhsullar barədə məlumat verib.

Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizdə aparılan islahatlar barədə də danışıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb.

Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, Hökumətlərarası Komissiyanın Britaniya tərəfdən həmsədri Baronessa Rona Feyrhed Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətləri, Böyük Britaniya şirkətləri, o cümlədən BP ilə əməkdaşlığı xüsusilə qeyd edib. İqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin inkişafı üçün potensialın böyük olduğunu vurğulayan Baronessa Rona Feyrhed bu baxımdan Hökumətlərarası Komissiyanın iclasının keçirilməsinin önəmini vurğulayıb, bir sıra sahələrdə əməkdaşlıq imkanlarının nəzərdən keçirildiyini diqqətə çatdırıb.