Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Norveçin “Statoil” şirkəti Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir.

Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu barədə energetika naziri Pərviz Şahbazovun “Statoil” şirkətinin Azərbaycan üzrə meneceri Favad Qureyşi ilə görüşündə danışılıb.

F.Qureyşi energetika naziri vəzifəsinə təyin edilməsi münasibətilə Pərviz Şahbazova təbriklərini çatdırıb, Azərbaycanda 25 illik fəaliyyəti ərzində “Statoil” şirkəti ilə Energetika Nazirliyi arasındakı yüksək əməkdaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

O, Azərbaycanın təmsil etdiyi şirkət üçün çox mühüm ölkələrdən biri olduğunu vurğulayıb. “Statoil”un “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının işlənməsində iştirakı, Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin tərəfdaşlarından biri kimi fəaliyyəti və “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” kimi yataqların kəşfiyyatı ilə bağlı işlərə cəlbini uğurlu əməkdaşlığın töhfələri kimi qiymətləndirib. Şirkət rəsmisi Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib, “Statoil”un bu tərəfdaşlığın gələcəkdə də davam etdirilməsi və genişləndirilməsi niyyətində olduğunu bildirib.

Energetika naziri P.Şahbazov müstəqilliyin ilk illərindən “Statoil”un Azərbaycanın neft-qaz sektoruna cəlb olunaraq, qabaqcıl təcrübə, yeni texnologiyaların tətbiqi və sərmayə yatırımını əhatə edən fəaliyyətini yüksək qiymətləndirib. Bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu qeyd edib.

Nazir bildirib ki, yeni yataqların kəşfiyyatı və işlənməsi ilə bağlı layihələr “Statoil”un hələ uzun müddət Azərbaycanın tərəfdaşı olmasını təmin edəcək. P.Şahbazov bu şirkətin Azərbaycandakı fəaliyyətinə Energetika Nazirliyinin lazımi dəstəyi bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.