Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Azərbaycan iqtisadiyyatına Belarusda maraq böyükdür.

Bunu Belarusun Qrodno şəhərinin icra komitəsinin sədri Meçislav Qoy dekabrın 7-də Bakıda keçirilən Azərbaycan-Belarus işgüzar görüşündə deyib.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və Belarusdan rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, əczaçılıq, İKT, konsaltinq, logistika və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın sahibkar iştirak edib.

AZPROMO-nun prezidenti Rüfət Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də Azərbaycan-Belarus iqtisadi əlaqələri və əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verib.

Belarusun Qrodno şəhərinin icra komitəsinin sədri Meçislav Qoy Azərbaycan iqtisadiyyatına Belarusda marağın böyük olduğunu, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarını vurğulayıb. Meçislav Qoy yeni biznes əlaqələrinin qurulması baxımından işgüzar görüşlərin əhəmiyyətini diqqətə çatdırıb, hər iki ölkənin iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Belarusun Ticarət-Sənaye Palatasının Qrodno şəhəri üzrə rəhbəri Meçislav Kostyuk Azərbaycan və Belarusun işgüzar dairələri arasında əməkdaşlığın inkişaf etdiyini, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında rolunu qeyd edib.

İşgüzar görüşdə Qrodno vilayətinə dair videoçarx nümayiş olunub.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.