Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Azərbaycan Avropa İttifaqında (Aİ) tətbiq edilən Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulacaq.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu barədə noyabrın 30-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Regional Tədris Mərkəzində “Ümumi tranzit proseduru və yeni kompüterləşdirilmiş tranzit sistemi” mövzusunda seminar zamanı Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov deyib.

Seminar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün nəzərdə tutulub.

Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov Avropa İttifaqında tətbiq edilən Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi barədə məlumat verərək bildirib ki, bu sistem kağız üzərində hər hansı sənəd tərtib etmədən tranzit prosedurunun həyata keçirilməsinə imkan yaradır.

Aİ ərazisində tətbiq edilən NCTS-ə Türkiyənin qoşulduğunu diqqətə çatdıran C.Qasımov Azərbaycanın da 2020-ci ilədək bu sistemə qoşulacağını, bununla da Asiyadan Avropaya və əks istiqamətdə daşınan yüklərin qısa vaxt ərzində təyinat nöqtəsinə çatmasına şərait yaranacağını vurğulayıb.

İdarə rəisi onu da bildirib ki, yeni sistemin tətbiqi nəticəsində Azərbaycanın tranzit imkanları daha da artacaq, ölkədə istehsal edilən malların asan şəkildə Avropaya ixracına münbit şərait yaranacaq.

Sonra Avropa İttifaqının eksperti, Slovakiya Respublikası Maliyyə Direktorluğunun gömrük bölməsinin direktor müavini Marian Çodak NCTS-in əhəmiyyəti və üstünlüklərindən bəhs edib.

İki gün davam edəcək təlim zamanı Avropa İttifaqının ekspertləri Marian Çodak və Slovakiya Respublikası Maliyyə Direktorluğunun gömrük bölməsinin NCTS üzrə mütəxəssisi Miroslav Bujna ümumi tranzit proseduru, NCTS-də elektron prosedurlar, NTCS-də elektron TIR prosedurları və digər mövzularda məlumat verəcəklər.