Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Noyabrın 24-də Bakıda “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsinin yekununa həsr olunan konfrans keçirilib.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu milli inkişaf modelinin tətbiqi və siyasi-iqtisadi islahatların ardıcıl həyata keçirilməsi nəticəsində bu gün müstəqil Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasına qoşulduğunu deyib. O qeyd edib ki, siyasi, iqtisadi, sosial, mədəni və bir çox sahələrdə əldə edilən yüksək göstəricilər və uğurlu quruculuq tədbirləri ölkəmizin dinamik inkişafını nümayiş etdirən faktorlar hesab edilir. Dövlətimizin davamlı inkişafına təkan verən bütün bu tədbirlərin böyük uzaqgörənliklə hazırlanması, inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələrinin qiymətləndirilməsi üçün rəsmi statistika əsas məlumat mənbəyi hesab edilir.

“Son illərdə rəsmi statistikanın inkişafına güclü təkan verən islahatların əyani nümunəsidir ki, milli statistika sistemi təkmilləşdirilib, statistika sisteminin hüquqi bazası gücləndirilib, milli statistik təsnifatların hazırlanması və tətbiqi, Milli Hesablar Sisteminin qurulması, yeni statistika sahələrinin və metodologiyaların yaradılması və təkmilləşdirilməsi, istifadəçilərin statistik məlumatlara olan tələbatının ödənilməsi, elektron statistikanın inkişafı, sahibkarların üzərinə düşən hesabat yükünün azaldılması, rəsmi statistika materiallarının istehsalı proseslərinin səmərəliliyinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Görülmüş işlərin nəticəsidir ki, statistika sahəsində inzibati və texniki potensialın, milli statistikanın beynəlxalq standartlara uyğunluğu baxımından inkişaf səviyyəsinin qiymətləndirilməsi məqsədilə ötən il sentyabrın 12-16-da və cari il fevralın 6-9-da Avropa Statistika Bürosu, BMT-nin Avropa İqtisadi Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən keçirilmiş Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi (xarici auditi) üzrə hesabatda ölkəmizin statistika sisteminin beynəlxalq standartlara uyğun olduğu rəsmən təsdiqlənib”, - deyə komitə sədri əlavə edib.

“Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsi barədə ətraflı məlumat verən Tahir Budaqov bildirib ki, Statistika Komitəsinin benefisiarı olduğu və 5 komponenti əhatə edən Tvinninq layihəsinin məqsədi statistik keyfiyyətin idarə olunması sisteminin və coğrafi informasiya sistemi vasitəsilə statistik məlumatların yayılmasının təkmilləşdirilməsi, əhalinin gəlirləri və həyat şəraiti, əlillik, turizm sahələrində rəsmi statistikanın Avropa standartlarına uyğunlaşdırılmasından ibarət olub.

Komitə sədri qeyd edib ki, iki il davam etmiş və bu gün uğurlu layihələrdən biri kimi qiymətləndirilən Tvinninq layihəsinin əsas tərəfdaşları kimi Almaniya Federal Statistika İdarəsi və Bolqarıstan Milli Statistika İnstitutu çıxış edib. Bu ölkələrlə yanaşı, Avropa İttifaqına digər üzv ölkələrin, o cümlədən Niderland, Çexiya, Sloveniya, Xorvatiya və Latviyanın 35 yüksəkixtisaslı eksperti Tvinninq layihəsinə məsləhətçi qismində cəlb olunub. Dövlət Statistika Komitəsinin 64 mütəxəssisi layihədə iştirak edib, beynəlxalq ekspertlərin ölkəmizə 37 missiyası həyata keçirilib, komitənin mütəxəssislərinin isə həmin ölkələrə 14 təlim səfəri baş tutub.

Sonra Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilmiş Tvinninq layihəsi üzrə 2 il ərzində görülmüş işlərdən bəhs edən videoçarx nümayiş olunub.

İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. Bu ilin doqquz ayında Aİ ölkələrinin Azərbaycanın xarici ticarətində payı 35 faiz, 5 milyard ABŞ dolları təşkil edib. Son 10 ildə Avropa İttifaqı ölkələrinin Azərbaycana investisiyaları 21 milyard ABŞ dolları olub. Hazırda Azərbaycanda Aİ-nin 1400-dən çox şirkəti fəaliyyət göstərir.

Nazir qeyd edib ki, Avropa İttifaqı və ölkələri ilə iqtisadi əməkdaşlığın təşviqi məqsədilə 8 üzv ölkə ilə Strateji Tərəfdaşlıq Bəyannamələri, 24 üzv ölkə ilə İkiqat vergitutmanın aradan qaldırılması sazişi, 17 üzv ölkə ilə Sərmayələrin təşviqi və qarşılıqlı qorunması sazişi imzalanıb. Avropa İttifaqı ilə Azərbaycan arasında müxtəlif proqramlar çərçivəsində də geniş əməkdaşlıq mövcuddur və Aİ tərəfindən 1992-ci ildən ölkəmizə 595 milyon avro məbləğində yardım göstərilib. Əməkdaşlıq Tvinninq, TAIEX, SIGMA, büdcəyə dəstək, texniki yardım layihələri vasitəsilə həyata keçirilir.

“Bu günədək 45 Tvinninq layihəsi üzrə işlər aparılıb. Bunlardan 29 layihənin icrası müvəffəqiyyətlə yekunlaşdırılıb, 13 layihənin icrası davam edir və 3 layihə hazırlıq mərhələsindədir. Tvinninq layihələri üzrə Azərbaycan regionda liderdir”, - deyə nazir əlavə edib.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas isə qeyd edib ki, ölkəmiz ilə əməkdaşlıq Aİ üçün xüsusi əhəmiyyət kəsb edir. O xatırladıb ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin hüquqi çərçivəsi 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulub, daha sonra isə Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planı, Şərq Tərəfdaşlığı Təşəbbüsü, Viza sadələşdirilməsi və Readmissiya haqqında sazişlərlə əməkdaşlıq imkanları genişlənib.

K.Yankauskas bildirib ki, Dövlət Statistika Komitəsi Avropa İttifaqının dəstək proqramlarından davamlı və uğurla bəhrələnir. “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsi uğurla icra olunub.

Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski, Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Litva Statistika İdarəsinin baş direktoru Vilija Lapeniene çıxış edərək Tvinninq layihəsinin əhəmiyyətindən danışıblar.

Avropa İttifaqının Statistika Bürosunun nümayəndəsi Yuri Skaskeviç isə ötən il sentyabrın 12-16-da və cari il fevralın 6-9-da Azərbaycanın statistika sisteminin beynəlxalq standartlara uyğunluğu baxımından inkişaf səviyyəsinin qiymətləndirilməsinin yekunları ilə bağlı məruzə edib.

Sonra Tvinninq layihəsi üzrə “Statistik keyfiyyətin idarə olunması”, “Coğrafi İnformasiya Sistemi”, “Gəlirlər və həyat şəraitinə dair statistika”, “Əlillərə və sağlamlıq imkanları məhdud şəxslərə dair statistika” və “Turizm statistikası” komponentləri üzrə təqdimatlar konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Yekunda Almaniya Federal Statistika İdarəsinin məsul işçisi, Avropa İttifaqına üzv dövlət tərəfindən layihə rəhbəri Rinqo Raupax Tvinninq layihəsi çərçivəsində görülən işlərə dair hesabatla çıxış edib.

Konfransda dövlət qurumlarının nümayəndələri ilə yanaşı, Azərbaycanda akkreditə olunmuş bir sıra səfirlik və beynəlxalq təşkilatların rəhbərləri, xarici ölkələrin statistika qurumlarının təmsilçiləri, Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının üzvləri də iştirak ediblər.