Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Rəqabət Məcəlləsi” layihəsinin müzakirəsinə başlanılıb.

İİTKM-dən bildirilib ki, “Rəqabət Məcəlləsi”nin layihəsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı çərçivəsində fəaliyyət göstərən Komissiyanın işçi qrupu çərçivəsində müzakirə edilir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təkliflərin verilməsi məqsədilə Avropa İttifaqı TAIEX proqramı çərçivəsində texniki dəstək alıb və xarici ekspertlərin iştirakı ilə işçi qrupunun üzvləri ilə “Rəqabət Məcəlləsi” layihəsi ətrafında geniş müzakirələr aparılır.

Qeyd edək ki, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə rəqabət mühitinin təkmilləşdirilməsi prioritet istiqamətlərdən biri olaraq təsbit edilib və “Rəqabət Məcəlləsi”nin qəbul edilməsi qarşıya məqsəd kimi qoyulub.

Komissiyanın işçi qrupunun müzakirələrində iştirak edən İİTKM-in makroiqtisadçısı Faiq Qasımlı qeyd edib ki, yeni layihədə azad iqtisadi rəqabət əsasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, ədalətli qiymətqoyma və geniş əmtəə və xidmət seçimi, qiymətlərin bazarda tələb və təklifin sərbəst qarşılıqlı əlaqəsi vasitəsilə formalaşması, dövlətin rəqabətli bazarlara məhdud müdaxiləsi, ictimai maraq kimi iqtisadi rəqabətin inkişafı və qorunması kimi əsas prinsiplər öz əksini tapıb. Bununla yanaşı, layihədə rəqabətin məhdudlaşdırılması, təmərküzləşmə, öhdəlik, sanksiyalar və sair məsələlərə geniş yer verilib.

“Rəqabət Məcəlləsi” layihəsi ətrafında müzakirələrdə iştirak edən ekspertlər Aİ TAIEX proqramının “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə rəqabət sahəsində qanunvericilik, institusional və iqtisadi islahatlara dəstək” layihəsi çərçivəsində cəlb ediliblər. Hazırda İİTKM-də fəaliyyət göstərən xarici ekspertlər qrupuna Filip Brusik rəhbərlik edir, digər ekspertlər Valentin Derevyankin və Markus Handelindir.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.