Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Özbəkistan Azərbaycanla bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafında maraqlıdır.

SOCAR-ın mətbuat xidmətindən  bildiriblər ki, bunu Özbəkistan Respublikasının Baş nazirinin müavini, “Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanov noyabrın 17-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev ilə görüşdə deyib.

Rövnəq Abdullayev onu Özbəkistanın Baş nazirinin müavini təyin edilməsi münasibəti ilə təbrik edib, yeni vəzifəsində ona daha böyük müvəffəqiyyətlər arzulayıb.

Alişer Sultanov Azərbaycana yenidən səfər etməkdən məmnun olduğunu söyləyib, qeyd edib ki, Özbəkistan qardaş Azərbaycanla bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı mövcud imkanlardan tam istifadə olunmasında maraqlıdır. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündən söz açıb, Azərbaycan dövlətinin başçısının Özbəkistanla energetika, nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini bəyan etdiyini söyləyib. SOCAR-ın “Özbəkneftqaz” üçün doğma şirkət olduğunu vurğulayan A.Sultanov iki şirkət arasında davam edən uğurlu əməkdaşlığı həqiqi qardaşlıq nümunəsi adlandırıb.

SOCAR prezidenti Rövnəq Abdullayev Azərbaycanın regional və qlobal əhəmiyyətli layihələrdə öncül rol oynadığını xatırladaraq, bu layihələr çərçivəsində qazanılan təcrübə və nailiyyətlərin “Özbəkneftqaz” şirkəti ilə əməkdaşlığın inkişafında faydalı olacağını və gələcək layihələr üçün etibarlı zəmin yaradacağını söyləyib. O, qeyd edib ki, “Özbəkneftqaz” şirkəti ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, birgə neft-qaz layihələrinin həyata keçirilməsi üçün böyük perspektivlər var və iki şirkətin ekspertləri bu perspektivləri səylə araşdırıblar. R.Abdullayev şirkətlər arasında mövcud Memorandum çərçivəsində diqqət mərkəzində olan istiqamətlərdə konkret fəaliyyətlərə tezliklə start veriləcəyinə əminliyini ifadə edib.

Özbəkistan Respublikasının Baş nazirinin müavini, “Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanov nəzərdə tutulan istiqamətlər üzrə işçi qruplarının yaradılmasını əməkdaşlığın dərinləşdirilməsində mühüm irəliləyiş olduğunu bildirib, gələcək birgə layihələrin Azərbaycan və Özbəkistan xalqlarının rifahına xidmət edəcəyini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran məsələlər üzrə ətraflı müzakirə və fikir mübadiləsi aparılıb.