Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Gələn il üçün Bakı-Tbilisi-Qars dəmir yolu üzrə tariflər aşağı salınıb.

Noyabrın 15-də Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin (BTNM BA HŞB) ümumi yığıncağı keçirilib.

Tədbirdə 2017-ci il üzrə BTNM BA HŞB-nin işinə dair yekun hesabat, 2018-ci il üçün daşınma həcminə dair planın təsdiqlənməsi, 2018-ci il üçün BTNM BA HŞB-nin büdcəsinin təsdiqlənməsi, 2018-ci il üçün tədbirlər planının, ümumi yığıncaq iclasları üzrə planın, 2018-ci il üçün illik üzvlük haqqının miqdarının və həmçinin BTNM BA HŞB-nin ştat cədvəlinin təsdiqlənməsi məsələləri müzakirə olunub.

Həmçinin 2018-ci il üçün BTNM üzrə tariflərin razılaşdırılması və təsdiqlənməsi, 2018-ci il üçün Bakı-Tbilisi-Qars dəmir yolu üzrə tariflərin razılaşdırlması və təsdiqlənməsi, 2017-ci il üçün BTNM BA HŞB-nin maliyyə-təsərrüfat fəaliyyətinə dair auditin keçirilməsi, BTNM BA HŞB ümumi yığıncağının və idarə heyətinin tapşırıqları çərçivəsində həlli tapılmayan məsələlər və BTNM BA HŞB-nə yeni üzvlərin qəbulu məsələləri də müzakirələrə daxil edilib.

Müzakirələrdə ölkələrarası yük axınının artırılması, həmçinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun səmərəli istifadəsi, Avrasiyada perspektiv nəqliyyat dəhlizlərindən biri kimi TBNM-in vacibliyi qeyd olunub. Eyni zamanda, bu dəhlizin potensialından istifadə edilməsinin, bu istiqamətə yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb. Qeyd olunub ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Bundan sonra Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna tranzit axını güclənəcək.

“Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının sonunda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin prezidenti Kanat Alpısbayev, “Gürcüstan Dəmir Yolu” SC-nin sədr müavini Aleksi Nikolaşvili, Türkiyənin Dəmir Yolunun yük daşımaları üzrə baş direktoru Veysi Kurt, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov və Batumi Dəniz Limanının baş direktorunun müavini İlyas Mukatovun iştirakı ilə müvafiq sənədlər imzalanıb.

Sənədlərdə gələn il üçün Bakı-Tbilisi-Qars dəmir yolu üzrə tariflər aşağı salınıb. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə təxminən 15 min konteynerin və əlavə olaraq 3,5 milyon ton yükün daşınması təsdiq edilib.

Sənəddə, həmçinin 2017-ci ildə görülən işlər, keçirilən tədbirlər, xərclər, gələn il görüləcək işlərin planı ilə bağlı hesabat təsdiqlənib.