Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Azərbaycanda səfərdə olan Əfqanıstan İslam Respublikasının maliyyə naziri Əklil Əhməd Hakiminin rəhbərlik etdiyi nümayəndə heyəti “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də olub.

Tanışlıq zamanı qonaqlara Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Limanının inkişaf konsepsiyasının ölkəmizin qeyri-neft sektorunun inkişafına, ticarət dövriyyəsinin artmasına ciddi töhfə verəcəyi bildirilib.

Bakı Limanının baş direktoru Taleh Ziyadov 2011-ci ildə start götürən yeni Bakı Limanının (Ələt qəsəbəsi) tikintisinin üç fazadan ibarət olacağı barədə məlumat verərək bildirib ki, bütün fazalar bitdikdən sonra limanın ümumi yükaşırma həcminin 25 milyon ton ümumi yük və 1 000 000 TEU-ya qədər genişləndiriləcəyi gözlənilir.

Eyni zamanda qonaqların diqqətinə çatdırılıb ki, son illər ərzində Bakı Limanı tərəfindən liman əməliyyatlarının aparılmasında şəffaflığın təmin edilməsi, yeni innovativ texnologiyanın tətbiqi və prosedurların beynəlxalq standartlara uyğun aparılması istiqamətində mühüm işlər görülüb və bu işlər davam etməkdədir.

Əfqanıstanın maliyyə naziri Əklil Əhməd Hakimi öz növbəsində vurğulayıb ki, ölkəsinin ticarət dövriyyəsində Bakı Limanı mühüm yer tutur, Əfqanıstana gələn yüklərin bir qismi yeni Bakı Limanından keçərək ölkəyə daxil olur.