Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyətə başlaması və Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə Avropaya yeni alternativ tranzit dəhlizin açılması Qazaxıstan üçün böyük hadisədir.

Bu barədə Astanada keçirilən "Transavrasiya-2017" potensial tranzit daşımaları üzrə X Beynəlxalq Konfransında Qazaxıstanın investisiyalar və inkişaf naziri Jenis Kasımbek bildirib.

"Yeni Avrasiya: Avrasiya transkontinental marşrutlarında nəqliyyat və logistika sistemlərinin inkişafı" adlı beynəlxalq konfransda müvafiq dövlət strukturlarının rəsmiləri, regional maliyyə təşkilatlarının, nəqliyyat assosiasiya və şirkətlərinin, Qazaxıstanda akkreditasiya olunmuş diplomatik korpusun təmsilçiləri iştirak edib.

Tədbirdə Türk Şurasının baş katibi Ramin Həsənovun, TRACECA-nın hökumətlərarası komissiyasının, İqtisadi Əməkdaşlıq Təşkilatının, Rusiya, Azərbaycan, Litva, Latviya kimi ölkələrin nəqliyyat nazirliklərinin ekspertlərinin məruzələri dinlənilib. Qazaxıstanın investisiyalar və inkişaf naziri Jenis Kasımbek yeni nəqliyyat dəhlizində Qazaxıstanın oynadığı roldan danışaraq, bir neçə gün öncə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun regional əhəmiyyətinə toxunub. Nazir qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrində yükdaşımalarının həcmini artıracaq ki, bu da həmin ölkələrin iqtisadiyyatının inkişafına əlavə stimul yaradacaq. O, Azərbaycanın layihənin gerçəkləşməsində oynadığı qətiyyətli rolunu yüksək qiymətləndirib.

Konfransda çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə isə Azərbaycanın Avrasiya transkontinental nəqliyyat və logistika sistemlərinin inkişafında həyata keçirdiyi islahatlardan danışıb. Qeyd olunub ki, Azərbaycanda dünya standartlarına cavab verən avtomobil yollarının tikintisi və modernləşdirilməsi, yeni dəmir yollarının salınması, beynəlxalq dəniz və hava limanlarının infrastrukturlarının yaradılması istiqamətində irimiqyaslı işlər görülüb.

Konfransın plenar sessiyalarında Avrasiya transkontinental marşrutlarında nəqliyyat və logistika sistemlərinin inkişafı istiqamətində müzakirələr aparılıb, Bakı-Tbilisi-Qars dəmiryolu marşrutunun potensial üstünlükləri və regional logistika sistemləri üzrə hazırlanan informasiya slaydlarına baxış keçirilib.