Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Azərbaycan və Kolumbiya gömrükdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə dair təcrübə mübadiləsi aparacaq.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən  bildirilib ki, Kolumbiya Respublikasında səfərdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Kolumbiyanın informasiya və kommunikasiya texnologiyaları naziri David Luna ilə görüşüb.

Görüşdə iki ölkə arasındakı mövcud əlaqələrdən, qarşılıqlı münasibətlərin inkişaf perspektivlərindən bəhs edilib.

Kolumbiyanın informasiya və kommunikasiya texnologiyaları naziri David Luna Azərbaycan nümayəndə heyətinin ölkəsinə səfərindən məmnunluq duyduğunu, bu səfərin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına şərait yaradacağına ümidvar olduğunu bildirib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanda son illər əldə edilən iqtisadi uğurlardan bəhs edərək bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı iqtisadi inkişaf strategiyası hesabına ölkəmiz regionda və dünyada stabil, tərəqqipərvər məkan kimi tanınıb. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verən komitə sədri, müxtəlif sahələrdə, o cümlədən gömrük xidmətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində əldə edilən nailiyyətlərdən danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, eyni zamanda, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində təcrübə mübadiləsinin tərəflər üçün faydalı olacağına əminlik ifadə olunub.