Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı oktyabrın 26-da Estoniyanın paytaxtı Tallinn şəhərində keçirilən Şərq Tərəfdaşlığı üzrə IV biznes-forumda çıxışında Azərbaycanda aparılan iqtisadi islahatlar prosesini Avropa ictimaiyyətinin diqqətinə çatdırıb.

Mərkəzdən bildiriblər ki, tədbirdə xüsusi olaraq biznes mühitinin təkmilləşdirilməsi, investisiya təşviqinin verilməsi, sənaye parkları, aqroparklar, texnoparklar, sənaye məhəllələrinin yaradılması, Strateji Yol xəritələrinin həyata keçirilməsi əsas islahat tədbirləri kimi qeyd edilib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində dövlətimizin beynəlxalq reytinqlərdəki mövqeləri güclənir və Azərbaycanın Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda 2 pillə irəliləyərək 35-ci sırada qərarlaşması bilavasitə islahatların nəticəsidir".

Vüsal Qasımlı, eyni zamanda, Avropa İttifaqı arasındakı əməkdaşlıq məsələlərinə toxunaraq deyib ki, Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının ən böyük ticari tərəfdaşıdır və ən çox Avropa investisiyalarını cəlb etmiş ölkədir. Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsindəki əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.

Biznes-forum çərçivəsində Azərbaycan iqtisadiyyatının rəqəmsallaşması istiqamətində aparılan işlər böyük maraqla qarşılanıb. Xüsusilə Avropada ilk dəfə Rəqəmsal Ticarət Qovşağının məhz Azərbaycanda yaradılması və "Azexport" portalı ilə dünyanın aparıcı elektron ticarət portalları – "Amazon", "Alibaba", "Ebay", "Tradekey", "All.biz"ə inteqrasiya edilməsi nəqliyyat, eləcə də logistika şirkətləri kimi "DHL", "Fedex", "TNT" şirkətlərinin "Azexport" portalına qoşulması vurğulanıb. İİTKM-in icraçı direktoru vurğulayıb ki, hazırda Azərbaycan və Avropa İttifaqı bir-biri ilə rəqəmsal imzalarının tanınması üzrə müvafiq əməkdaşlıq edirlər və bu gələcəkdə Avropa məkanında vahid rəqəmsal imzanın yaranmasına birgə töhfələr verməsinə imkan yaradacaq.

Şərq Tərəfdaşlığı üzrə IV biznes-forumda Azərbaycanda "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin yaradılması haqqında da iştirakçılara məlumat verilib. Panel müzakirələri zamanı isə Azərbaycandakı iqtisadi islahatların konkret səmərə verməsi və ölkənin iqtisadiyyatının rəqabət qabiliyyətinin artması, beynəlxalq reytinqlərdə mövqelərin yaxşılaşması xüsusilə qeyd olunub.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.