Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyəti energetika naziri Pərviz Şahbazovla görüşüb.

Energetika Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, BP-nin dünya enerji bazarında əhəmiyyətli mövqeyə malik olduğunu vurğulayan energetika naziri şirkətin Azərbaycanın strateji tərəfdaşı kimi mühüm enerji layihələrinin həyata keçirilməsi, neft və qaz sənayesinin inkişafı, qabaqcıl texnologiya və təcrübənin tətbiqi sahəsindəki nailiyyətləri ilə zəngin əməkdaşlıq nümunəsi yaratdığını deyib. “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə yeni hasilatın pay bölgüsü Sazişinin imzalanması isə bu əməkdaşlığın daha da uzun müddətliyini təmin edəcək.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz enerji layihələri üzrə görülən işlər barədə məlumat verərək, Energetika Nazirliyi ilə BP arasında sıx əlaqələrin vacibliyini diqqətə çatdırıb.

Daha sonra BP şirkətinin Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov BP-nin “2017-cı il üçün Statistik Təhlili” və “Enerji Perspektivlərinə Baxışı-2035” adlı hesabatlarını təqdim edib. Bildirilib ki, hesabatlarda qlobal enerji bazarındakı son vəziyyət, enerji sektorundakı ehtiyaclar və tendensiyalar öz əksini tapıb. Bu məlumat və təhlillər neft-qaz bazarındakı tendensiyaları izləməyə, neftin qiymətinə təsir edən amilləri, neft hasil və ixrac edən ölkələrin gələcək addımlarını müəyyənləşdirməyə kömək edə bilər. Dünya enerji bazarını ABŞ-dakı şist neft hasilatı və OPEC-in tədbirləri kontekstində qiymətləndirən Vladimir Drebentsov hesab edir ki, neftin qiyməti bu iki faktordan xeyli dərəcədə asılıdır. Onun fikrincə, OPEC-in neft hasilatını azaltmaq barədə qərarı qiymətlərin sabitləşməsində və dünya üzrə kommersiya neft ehtiyatlarının azalmasında böyük rol oynayıb. Vyana sazişinin müddətinin müəyyən dəyişikliklərlə uzadılması isə bazarda tarazlığın yaradılması üçün zəruridir. O qeyd edib ki, neftin qiymətində uzunmüddətli sabitləşmə üçün hasilatın azaldılması prosesinə cəlb edilmiş hər bir ölkə bu öhdəliyi yerinə yetirməlidir. Liviya və Nigeriya kimi ölkələrin hasilat siyasətinə yenidən baxılması və OPEC çərçivəsində görülən tədbirlərin effektivliyinin artırılması da çox mühümdür. Onun sözlərinə görə, ABŞ-da şist neft istehsalının təsiri qiymət dinamikasında həmişə izlənəcək.

BP-nin proqnozlarına görə, yaxın bir neçə ildə neftə tələbat tədricən artacaq. Neft enerji resursu kimi 2040-cı ilədək öz aparıcı mövqeyini qoruyub saxlayacaq. Lakin dünyada yeni trendlərin, texnoloji dəyişikliklərin gələcək perspektivlərdə neftin həlledici rolunu zəiflətməsi də qaçılmazdır.

Sonra BP-nin eksperti qaz ixrac edən ölkələri 2035-ci ilə kimi gözləyən perspektivlər barədə ətraflı təqdimat edib.