Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Azərbaycan Cənubi Qafqazda Almaniya üçün mühüm tərəfdaşdır.

Bu fikir oktyabrın 11-də Bakıda keçirilmiş Alman-Azərbaycan biznes-forumunda səsləndirilib.

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) idarə heyətinin sədri Falko Haydrix ölkələrimiz arasındakı fəal və uğurlu əməkdaşlıq əlaqələrindən söz açıb, bugünkü biznes-forumun əməkdaşlığın gücləndirilməsi üçün yeni platforma olduğunu deyib.

"Biznes-forumun əsas mövzuları maliyyə, sənaye, nəqliyyat və logistika sahələridir. Bu tədbirdə 250 nəfər iştirak edir ki, bu da Alman-Azərbaycan biznes münasibətlərinə olan marağın bariz nümunəsidir. Alman-Azərbaycan biznes-forumlarının daha tez-tez keçirilməsi nəzərdə tutulur. Məqsəd alman və Azərbaycan şirkətlərini biznes platforması ilə təmin etmək, onların işgüzar əməkdaşlığı üçün mövcud imkanları müzakirə etmək, öz layihə və təkliflərini təqdim etməsinə şərait yaratmaqdır", - deyə F.Haydrix qeyd edib.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ölkəmizdə gömrük sahəsində son illər ərzində həyata keçirilən islahatlar barədə məlumat verib, komitənin yeni təklif və fikirlərə hər zaman açıq olduğunu deyib.

Komitə sədri bildirib ki, ötən ildən başlayaraq Azərbaycanda gömrük qanunvericiliyində və digər normativ sənədlərdə kifayət qədər dünya təcrübəsinə əsaslanan ən müasir qanunvericilik aktları qəbul edilərək tətbiqinə başlanılıb. Qlobal böhranın nəticəsi olaraq neft qiymətinin əvvəl kəskin surətdə enməsi, sonra isə qeyri-stabil olması ilə bağlı Azərbaycanda qeyri-neft sektorunun inkişafı, investisiyaların cəlb olunması, sahibkarlara əlverişli şəraitin yaradılması məqsədilə müəyyən qanunvericilik aktları qəbul olunub. Həmin sənədlərdən ən əsası elektron bəyannamə sisteminə keçid idi. Keçən il mayın 4-dən artıq Azərbaycanda gömrük rəsmiləşdirilməsi yalnız elektron bəyannamə sistemi ilə həyata keçirilir.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev nazirlik ilə Alman-Azərbaycan Xarici Ticarət Palatası arasında sıx və uzunmüddətli əməkdaşlığın bu cür tədbirlər vasitəsilə daha da gücləndiyini bildirib. Azərbaycan və Almaniya arasındakı ticarət əlaqələri üçün böyük potensialın olduğunu vurğulayan S.Babayev ölkələrimiz arasında əməkdaşlığın sənaye, nəqliyyat, logistika və enerji sahələrində investisiyalar qoyaraq inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

"Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi bu ilin 8 ayında 500 milyon dolları ötüb. Lakin bizim potensialımız daha böyükdür. Düşünürük ki, birgə əməkdaşlığımız, bu cür tədbirlərin keçirilməsi, potensial layihələrin araşdırılması ilə biz bu göstəricini daha da artıracağıq. Ticarət əlaqələrinin dərinləşməsi investisiya əlaqələrinin genişlənməsi ilə nəticələnəcək. Hazırda Almaniyanın Azərbaycana birbaşa xarici investisiyası 460 milyon dolları keçib. Azərbaycan investorları Almaniyada müxtəlif layihələrə 120 milyon dollaradək birbaşa investisiya yatırıb. Almaniyanın ölkəmizdə 200-dən artıq şirkəti qeydiyyatdan keçib. Azərbaycan şirkətləri də, eyni zamanda, Almaniyada aktiv fəaliyyət göstərir", - deyə S.Babayev diqqət çatdırıb.

Almaniya Federativ Respublikası səfirliyinin missiya rəhbərinin müavini Tereza Şönfeld Prezident İlham Əliyevin ötən ilin iyun ayında Berlinə səfərinin iki ölkə arasındakı biznes əlaqələrinin gücləndirilməsinə verdiyi töhfəni xüsusilə diqqətə çatdırıb. T.Şönfeld vurğulayıb ki, Almaniya ilə Azərbaycanın 25 il ərzində çox mütərəqqi əməkdaşlıq əlaqələri mövcuddur. Bizim iqtisadi və ticarət münasibətlərimiz də artıq dinamik inkişaf edir.

"Təqdirəlayiqdir ki, Bakıda fəaliyyət göstərən Alman-Azərbaycan Xarici Ticarət Palatası MDB məkanında Moskvadan sonra 2-ci ofisdir. Bu, Almaniya biznesinin Azərbaycana marağının bariz nümunəsidir. Ticarət Palatasının 130 üzvü var. Əminəm ki, daha çox şirkətlər bu quruma qoşulmağa maraqlıdırlar", - deyə T.Şönfeld bildirib.

Missiya rəhbərinin müavini deyib: "Azərbaycan regionun iqtisadi gücüdür. Azərbaycanın regional layihələri də mühüm iqtisadi əhəmiyyətə malikdir. Azərbaycan bu səbəbdən Cənubi Qafqazda Almaniya üçün mühüm tərəfdaşdır. Ən vacibi isə iqtisadi və ticarət tərəfdaşlarından biridir".

Biznes-forumda "Azərbaycanda biznes mühiti və maliyyə sahəsi" mövzusunda keçirilən plenar iclasda sənaye, nəqliyyat və logistika məsələləri müzakirə olunub.

Qeyd edək ki, tədbir Alman-Azərbaycan Xarici Ticarət Palatası, Şərqi Avropa İqtisadi Əlaqələr üzrə Alman Komitəsinin və Almaniyanın Şərqi Avropa İqtisadi Birliyinin dəstəyi ilə baş tutub.