Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Oktyabrın 7-də Almaniyanın Köln şəhərində açılacaq "ANUGA" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan 20-dən çox şirkətlə təmsil olunacaq.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, oktyabrın 11-dək davam edəcək sərgidə müxtəlif ölkələrdən 7400-dən çox şirkətin məhsulları nümayiş olunacaq.

Hər il təqribən 160 min ziyarətçinin qatıldığı "ANUGA" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan ilk dəfə olaraq qida və içkilər pavilyonunda "Made in Azerbaijan" vahid ölkə stendləri ilə təmsil olunacaq. Belə ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərginin içkilərə dair pavilyonunda Azərbaycan şirkətlərinin meyvə şirələri, müxtəlif növ şərabları və təbii mineral suları, qida pavilyonunda isə meyvə, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsullar nümayiş etdiriləcək. Ümumilikdə, Azərbaycan "ANUGA" sərgisində 20-dən çox şirkətlə təmsil olunacaq.

Qeyd edək ki, "ANUGA" sərgisinə girişlərdə "Made in Azerbaijan"a dair reklam bannerləri yerləşdirilib. Sərginin ziyarətçilər üçün bələdçisində və kataloqunda isə "Made in Azerbaijan" reklam olunur. Bundan başqa, sərgidə Azərbaycanın tarixini və mədəniyyətini özündə əks etdirən videoçarxlar nümayiş olunur.

"ANUGA" Beynəlxalq Ərzaq Sərgisi Azərbaycanın vahid ölkə stendi ilə təmsil olunduğu sayca 4-cü sərgi olacaq. Bundan əvvəl ölkəmiz Dubayda keçirilmiş "Gulfood 2017" Beynəlxalq Ərzaq Sərgisində, Düsseldorfda təşkil edilmiş "Prowein 2017" Beynəlxalq Şərab Sərgisində və Moskvada keçirilmiş "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisində "Made in Azerbaijan" vahid ölkə stendləri ilə çıxış edib. Vahid ölkə stendinin təşkili xərcləri dövlət büdcəsi hesabına qarşılanır.