Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
17-23 oktyabr 2019-cu il
41 (1088)
3-9 oktyabr 2019-cu il
39 (1086)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Mayın 8-də Əmlak Məsələləri Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı illiyi ilə əlaqədar könüllülər və gənc kadrlar üçün “Heydər Əliyev və Azərbaycanda uğurlu mülkiyyət islahatları: sosial-iqtisadi nəticələr və inkişaf meyilləri” adlı tədbir keçirilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, məqsəd müasir təfəkkürlü gənclərə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mülkiyyət islahatlarından bəhs etmək, həmçinin inkişaf yolunda irəliləyən bu sahənin hazırkı vəziyyəti, tətbiq edilən innovativ addımlar haqqında informasiya vermək, əmlak idarəçiliyi sahəsində yeni nəslin fikirlərini müəyyənləşdirmək də əsas vəzifələrdəndir.

Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. Həmçinin vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə verdiyi taleyüklü qərarlardan və atdığı tarixi addımlardan söhbət açıb.

Qeyd edilib ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq tarixi dövrdə ölkəmizin iqtisadi tərəqqisi yüksək həddə çatıb, Azərbaycan keçmiş ittifaq miqyasında nüfuz qazanıb, beynəlxalq səviyyədə tanınıb. Ümummilli Lider Azərbaycanın gələcək inkişafını demokratik və dünyəvi dəyərlərə söykənən sistemlər üzərində qurub.

Bildirilib ki, müstəqil Azərbaycanın yeni iqtisadi modelinin köklü mülkiyyət islahatları bazasında formalaşması zəruriliyini əsas götürən Ulu Öndər mülkiyyətin müxtəlif formalarının mövcudluğunu təsbit etdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda əsaslı iqtisadi islahatlar aparılıb, o cümlədən mülkiyyət islahatları strategiyası hazırlanıb, mülkiyyətin transformasiyası həyata keçirilməyə başlayıb. Bu istiqamətdə müvafiq normativ-hüquqi aktlar qəbul olunub və qanunvericilik bazası təkmilləşdirilib.

Daha sonra könüllülər və gənc kadrlar üçün Ulu Öndərin dövründə həyata keçirilən mülkiyyət islahatlarından bəhs edən çıxışlar olub. “Heydər Əliyev və torpaq islahatları”, “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda mülkiyyət islahatları: dövlət əmlakının özəlləşdirilməsi – məqsədlər və nəticələr”, “Heydər Əliyev: müasir əmlak idarəçiliyi və əmlak hüquqlarının səmərəli təminatı” adlı təqdimatlar edilib.

Bildirilib ki, Ulu Öndərimizin uğurla həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsi olaraq ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar olduqdan sonra, iqtisadi islahatlara, o cümlədən onun mühüm istiqamətlərindən biri olan dövlət əmlakının özəlləşdirilməsi prosesinə başlanılıb. Ümummilli Liderin qəbul etdiyi özəlləşdirmə proqramının başlıca məqsədləri iqtisadiyyatın gələcək inkişafı və dirçəlişi, bazar iqtisadiyyatı sisteminin bərqərar olması və normal fəaliyyəti üçün təməl şərtlərin yaradılması hesab edilib. Qeyd olunub ki, Ulu Öndər əmlak idarəçiliyi sahəsində daşınmaz əmlakın qeydiyyatının həyata keçirilməsi üçün müvafiq qanunvericilik bazası formalaşdırıb. Vətəndaşların mənzil hüquqlarının qorunması məqsədilə “Mənzil Məcəlləsi” qəbul edilib. Qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə üsulları müəyyən olunub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi torpaq idarəçiliyində də uğurlu islahatlar həyata keçirilərək vətəndaşlara pay torpaqları verilib.

Tədbirdə ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən milli dövlətçiliyimizin inkişafı naminə həyata keçirilən uğurlu islahatlar və nailiyyətlər qeyd edilib. Bildirilib ki, hazırda dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı islahatlar çərçivəsində əmlak idarəçiliyi sahəsində innovativ layihələr, modern yanaşmalar tətbiq olunur. Müxtəlif sahələr üzrə özəlləşdirilmiş müəssisələr regionlarda uğurla fəaliyyət göstərir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar çərçivəsində torpaq idarəçiliyinə, ünvan reyestrinin aparılmasına, daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsinə, xidmətlərə olan əlçatanlığın artırılmasına xüsusi diqqət ayrılıb. Son bir neçə ildə görülmüş işlərin nəticəsidir ki, "Doing Business" hesabatlarında Azərbaycan əmlak idarəçiliyi sahəsində ön sıralardadır.

Bundan başqa, Birinci vitse-prezident Mehriban Əliyevanın sosial sahələrlə yanaşı, iqtisadi sferalarda həyata keçirdiyi genişmiqyaslı işlərdən danışılıb. Heydər Əliyev Fondunun reallaşdırdığı irimiqyaslı layihələrdən bəhs edilib.

Sonda könüllülərin çıxışları olub və sualları cavablandırılıb.