Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
23 may - 3 iyun 2019-cu il
20 (1069)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Mayın 6-da Bakıda Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və “Education HUB”ın təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Niderland Krallığının Xarici İşlər Nazirliyi, Qafqaz Tədqiqatlar və Resurs Mərkəzinin tərəfdaşlığı ilə “Azərbaycanda sosial sahibkarlıq üçün imkanlar” adlı forum keçirilir.

AZƏRTAC xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti nəticəsində Azərbaycanın davamlı və tarazlı inkişafının təmin edildiyini, sahibkarlar üçün əlverişli şəraitin yaradıldığını deyib. Bildirib ki, xüsusən qadınların sosial biznesə cəlb olunması mühüm əhəmiyyət daşıyır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə Azərbaycanda qadın sahibkarlığın inkişafı və istiqamətləri barədə məlumat verib.

Bildirib ki, ölkədə sosial sahibkarlıq inkişaf edir: "Qadınların fəaliyyətlərinin dəstəklənməsi və gücləndirilməsi daim xüsusi önəm kəsb edir. Komitə olaraq bu istiqamətdə fəaliyyətdə beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm veririk".

Forum işini panel iclaslarla davam etdirir.