Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
23 may - 3 iyun 2019-cu il
20 (1069)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

İraq Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qərarı olmadan neft hasilatını artırmayacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə İraqın neft naziri Thamer Ghadhban deyib.

“İraq neft istehsalını artırmaq üçün birtərəfli qərar qəbul etməyəcək. OPEC üzrə hasilatın azaldılmasına dair sazişə sadiqik və potensial tədarük çatışmazlığını kompensasiya etmək üçün istehsalın artırılmasına dair birtərəfli qərar verməyəcəyik. Bu saziş neftin qiymətinə dəstək oldu və qlobal neft bazarına inamı bərpa etdi”, - deyə o əlavə edib.

Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən, yanvardan etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb. Sazişin müddəti iyunda başa çatır. OPEC iyunda keçirəcəyi iclasda neft hasilatının azaldılmasına dair sazişin müddətini ilin sonunadək artırmağı nəzərdə tutur.