Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Abonentlərin müraciətlərinin obyektiv araşdırılması və operativ həlli üçün İşçi Qrupu yaradılıb

 

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirdiyi haqlı iradların aradan qaldırılması istiqamətində görüləcək işlərlə bağlı mayın 3-də “Azəriqaz” İstehsalat Birliyində (İB) geniş müşavirə keçirilib.

Müşavirədə energetika nazirinin müavini Elnur Soltanov, Azərbaycan Respublikası Enerji Məsələlərini Tənzimləmə Agentliyinin idarə heyətinin sədri Samir Axundov, “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev və birliyin rəhbərliyinin nümayəndələri iştirak ediblər.

Ə.Hacıyev qeyd edib ki, ölkə başçısının apardığı uğurlu islahatlar və qazlaşdırmaya göstərdiyi böyük diqqət və qayğının nəticəsində 2009-2019-cu illər ərzində 2349 qəsəbə və kənddə qazlaşdırma işləri tam başa çatdırılıb. Qazlaşdırma səviyyəsi 95,7 faizə olub. Ölkə üzrə təbii qazla təmin olunan əhali abunəçilərinin sayı 2 milyon 183 mini keçib. Ötən dövr ərzində ümumilikdə uzunluğu 51 min 915 kilometrdən çox müxtəlif diametrli daşıyıcı və məhəllə daxili qaz xətti çəkilib, 9 min 742 kilometrədək boru xətti isə əsaslı təmir olunub. Görülən bu işlər dövlətimizin başçısının vətəndaşların sosial rifahının yaxşılaşdırılması və hər zaman sadə vətəndaşlara diqqətinin bariz nümunəsidir.

O bildirib ki, Nazirlər Kabinetinin iclasında ölkə başçısı “Azəriqaz” istehsalat Birliyi ilə bağlı bildirdiyi haqlı iradlarının aradan qaldırılması istiqamətində işlər aparılmaqdadır və qısa zaman ərzində həmin nöqsanlar aradan qaldırılacaq: “Dövlətimizin başçısının qaldırdığı bütün məsələlər qurum tərəfindən təhlil edilir və tədbirlər həyata keçirilir. Hazırda “Azəriqaz” İB-də qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər proqramı işlənilir. Həmin tədbirlər proqramına uyğun olaraq bütün nöqsanlar aradan qaldırılacaq”.

Qeyd olunub ki, bununla əlaqədar qaz təchizatı üzrə abonentlərdən daxil olan müraciətlərin obyektiv araşdırılması və operativ həlli ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb. Yaradılan İşçi Qrupu tərəfindən abonentlərdən daxil olan müraciətlərin ciddi təhlil olunması, araşdırılması və həlli istiqamətində abonentlərin özlərinin iştirakı ilə davamlı tədbirlər görəcəklər.

Bildirilib ki, abonentlərin sayının və istehlakçıların sayının artması qaz təchizatında təzyiqin aşağı düşməsinə və bəzi hallarda fasilələrin yaranmasına səbəb olur. Bu kimi halların qarşısının alınması istiqamətdə respublika ərazisində ciddi işlərin aparılması planlaşdırılır. Belə ki, ilk öncə istismar müddətini başa vurmuş qaz tənzimləyici avadanlıqlar, qurğular, o cümlədən də qaz xətləri yeniləri ilə əvəzlənməsi, artan qaz tələbatı ilə əlaqədar kiçik diametrli boruların böyük diametrli müasir standartlara cavab verən polietilen yeraltı qaz xətləri ilə əvəz olunması, eləcə də yeni qazlaşdırılan bütün yaşayış məntəqələrində şəbəkənin qurulmasının “bir pilləli” tənzimləmə sistemi əsasında aparılmasıdır ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə, istehlakçılara verilən qazın sabit və texnoloji rejimdə saxlanılmasına zəmin yaradacaq. Bu və görülən digər işlər abonentlərlə münasibətləri daha da möhkəmləndirəcək, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə imkan yaradacaq.