Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
23 may - 3 iyun 2019-cu il
20 (1069)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Mayın 1-də Bakı şəhərində yaradılmaqda olan ilk kiçik və orta biznes evinin ("KOB Evi") təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, sahibkarlara müxtəlif xidmətlər göstərən dövlət qurumlarının, özəl sektor nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə təşkil olunmuş tədbirdə "KOB Evi" konsepsiyası, hazırda bu dəstək mexanizminin yaradılması istiqamətində görülən işlər, burada sahibkarlara göstəriləcək xidmətlər barədə ətraflı məlumat verilib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan Prezidentinin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirləri, aparılan islahatları, yaradılan yeni dəstək mexanizmlərini diqqətə çatdırıb, "KOB Evi"nin yaradılmasının sahibkarlığın inkişafında əhəmiyyətli olacağını vurğulayıb.

KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta biznesin inkişafı, bu sahədə həyata keçirilən islahatlar və qanunvericilikdə edilmiş dəyişikliklər, agentliyin fəaliyyəti və sahibkarlara göstərdiyi dəstək mexanizmləri və xidmətlər barədə məlumat verib: "KOB Evləri"nin yaradılması ilə biznesə göstəriləcək xidmətlərin əhatə dairəsi əhəmiyyətli dərəcədə böyüyəcək. "KOB Evləri"ndə sahibkarlara verilən bütün icazələrin vahid məkan prinsipi əsasında şəffaf, operativ şəkildə verilməsi təmin ediləcək, digər tərəfdən sahibkarlar bu evlərdə çoxsaylı dəstək tədbirləri ilə əhatə olunacaq. Növbəti mərhələdə bu xidmətlər elektron platforma üzərindən – "e-KOB evi" vasitəsilə həyata keçiriləcək. Əminik ki, “KOB Evləri” ölkəmizin yeni innovativ brendi kimi dünyaya təqdim olunacaq".

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. O, "KOB Evi"nin sahibkarlara göstərilən xidmətlərin vahid məkanda təqdim olunması, sahibkarların ehtiyaclarının öyrənilməsi baxımından önəmli mexanizmlərdən olacağını vurğulayıb.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə son dövrlərdə ölkəmizdə sahibkarlıq sahəsində həyata keçirilən effektiv islahatlar və qəbul edilən qanunvericilik aktlarının sahibkarlığın inkişafında önəmli rolunu diqqətə çatdırıb, "KOB Evi"nin yaradılmasının özəl bölmənin inkişafında əhəmiyyətli olacağını bildirib.

Milli iqtisadiyyatın dayanıqlı inkişafında kiçik və orta sahibkarlığın böyük rol oynadığını qeyd edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, hazırda ölkədə qeyri-neft sektoru və kiçik və orta sahibkarlıq öz inkişaf dövrünü yaşayır. Son məlumatlara görə, Azərbaycanda aktiv şəkildə fəaliyyət göstərən 440 min sahibkarlıq subyektinin böyük əksəriyyəti kiçik və orta sahibkarlardır.

Sonra KOBİA-nın aparat rəhbəri Şamil Suleymanlı agentliyin fəaliyyətinə dair təqdimatla çıxış edib. "KOB Evi"nə dair videoçarx nümayiş olunub.

Həmin gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun iclası da keçirilib. Qeyd edək ki, Koordinasiya Qrupu “KOB Evləri”ndə sahibkarlıq subyektlərinə xidmət göstərilməsi zamanı dövlət qurumları ilə agentlik arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 2018-ci il 21 sentyabr tarixli Qərarı ilə yaradılıb. Koordinasiya Qrupunda sahibkarlara müxtəlif xidmətlər göstərən 30-dan çox dövlət qurumunun nümayəndələri təmsil olunur. İclasda ilk "KOB Evi"nin yaradılması sahəsində qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb, təkliflər səsləndirilib.