Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Paytaxtın kimya sənayesində məhsul buraxılışı artıb.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, birinci rübdə kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 76,3 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 68,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında 42,2 faiz, əczaçılıq məhsullarının istehsalında isə 16,8 faiz artıb.

Əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə əsas kimya məhsullarından azot istehsalı 79,1 faiz, oksigen istehsalı 18,5 faiz azalıb, lak boya məmulatlarının istehsalı isə 86,1 faiz çoxalıb.

Rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı əvvəlki ilin müvafiq aylarına görə 68 faiz azalıb, liflə armaturlaşdırılmış sair bərk plastik borular, borucuqlar, qollar, şlanqların istehsalı 11,6 faiz, polietilen kisə və çantaların istehsalı isə 2,6 dəfə artıb.