Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Cari ilin yanvar-mart aylarında “Azexport.az” portalına 178,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişi daxil olub.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2019-cu ilin aprel sayına dair aprelin 30-da keçirilən mətbuat konfransda mərkəzin departament rəhbəri Ramil Hüseyn deyib.

İcmalın bu sayında göstərilir ki, yanvar-mart aylarında Azərbaycanın ixracı 4,5 milyard dollar təşkil edib, ötən ilin müvafiq dövrünə nisbətən 1,1 milyard dollar və ya 34 faiz artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 415 milyon dollar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk 3 ayında qeyri-neft sektoru üzrə ixrac 59 milyon dollar və ya 16,5 faiz artıb. Bu ilin birinci rübündə Rusiyaya 115 milyon, Türkiyəyə 99 milyon, Gürcüstana 50 milyon, İsveçrəyə 33,7 milyon və İrana 12,7 milyon dollar dəyərində qeyri-neft sektoruna aid məhsul ixrac edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin üç ayında Rusiyaya qeyri-neft ixracı 17 faiz, Türkiyəyə 2 faiz, Gürcüstana 58 faiz, İtaliyaya isə 74 faiz artıb.

Bildirilib ki, cari ilin ilk rübündə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (38,4 milyon dollar) birinci, qabığı təmizlənmiş meşə fındığı (38,4 milyon dollar) ikinci və mahlıc (37,4 milyon dollar) üçüncü olub. Ümumiyyətlə, birinci rübdə meyvə-tərəvəz ixracı 103,5 milyon, elektrik enerjisinin ixracı 38,4 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 48,4 milyon, pambıq lifi ixracı 37,7 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 22,3 milyon, kimya sənayesi məhsullarının ixracı 17,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 11,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 7,5 milyon, pambıq ipliyi ixracı 6,4 milyon dollar təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında pambıq lifinin ixracı 2,8 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,8 dəfə, plastmas və onlardan hazırlanan məmulatların ixracı 50 faiz, kimya sənayesi məhsullarının ixracı 42 faiz, pambıq ipliyinin ixracı 34 faiz, meyvə-tərəvəzin ixracı 28 faiz, elektrik enerjisinin ixracı 13 faiz artıb.

Qeyd olunub ki, martda isə qeyri-neft sektoru üzrə ixrac 133,7 milyon dollar təşkil edib. Bu ilin martında qeyri-neft sektoruna aid ən çox məhsul Türkiyəyə (35,7 milyon dollar), Rusiyaya (33,3 milyon dollar) və Gürcüstana (13,2 milyon dollar) ixrac edilib. Mart ayında qeyri-neft sektoru üzrə ixracda qabığı təmizlənmiş meşə fındığı (13,7 milyon dollar) birinciliyi ələ alıb. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda 12,3 milyon dollar) ikinci, daranmaya məruz qalmamış pambıq lifi (11,4 milyon dollar) üçüncü yerdə qərarlaşıb.

“İxrac İcmalı”nın aprel sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-mart ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "MKT İstehsalat Kommersiya" MMC, “SOCAR Polymer” MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "P-Aqro" MMC, "TST Export" MMC, "Sun Food" MMC, “Azhazelnut” MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, "Baku Steel Company" MMC, "Azerstar" MMC. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərenerji" ASC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərbaycan Hava Yolları" QSC, “CTS-Agro” MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Bakı Neft Maşınqayırma Zavodu" ASC, "Azəripək" MMC, "Azərbaycan Dəmir Yolları" QSC.

“İxrac İcmalı”nda xidmət ixracına da yer verilib. Bildirilir ki, bu ilin birinci rübündə “Azərkosmos” ASC tərəfindən dünyanın 17 ölkəsinə xidmət (peyk telekommunikasiya və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 85 faizini təşkil edib. Martda isə “Azərkosmos” 17 ölkəyə 5,5 milyon dollar dəyərində xidmət ixrac edib. “Azərkosmos” ASC-nin cari ilin yanvar-mart aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Birləşmiş Krallıqdır.

Həmçinin “İxrac İcmalı”nda məlumat verilir ki, bu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Üç ayda Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 271,6 milyon manat olub. Martda ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatları isə 98 milyon manat təşkil edib.

“İxrac İcmalı”nda bu ilin yanvar-mart aylarında “Azexport.az” portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilir ki, birinci rübdə “Azexport.az” portalına 178,4 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub. Martda portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 32,8 milyon dollar təşkil edib. Mart ayı ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (11,5 faiz), Türkiyə (9,9 faiz), ABŞ (7 faiz), Hindistan (6,6 faiz) və Gürcüstan (5,3 faiz) qərarlaşıb. Hesabat ayında ən çox ixrac sifarişi pambıq lifi, pambıq yağı, soğan, tütün, şərab, nar şirəsi, çay, qənnadı məhsulları, konservləşdirilmiş tərəvəz, kosmetik vasitə, gül, fındıq, tikinti materialı, mühərrik yağı, dondurulmuş toyuq əti, biyan kökü və sair mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvarından bu il martın 31-nə kimi (27 ay ərzində) “Azexport.az” portalına dünyanın 126 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 167,5 milyon dollar təşkil edib.

Həmçinin “İxrac İcmalı”nda göstərilir ki, bu ilin aprelində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 9,9 milyon dollar olub. Yanvar-aprel aylarında “Bir Pəncərə” mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 30,5 milyon dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib.

Qeyd edilənlərlə yanaşı, “İxrac İcmalı”nda “Azexport.az” portalı vasitəsilə Hindistana yun ixracı ilə bağlı aparılan danışıqlar, “İxrac strategiyası” mövzusunda keçirilən təlim, Qətərə və Latviyaya təşkil olunan ixrac missiyaları və sair məsələlər barədə də məlumatlar verilib.

“İxrac İcmalı” sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.