Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
23 may - 3 iyun 2019-cu il
20 (1069)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

"Azərbaycan Respublikası Hesablama Palatasının institusional və inzibati potensialının gücləndirilməsi" mövzusunda Tvinninq layihəsinin əsas məqsədi Hesablama Palatasının öz mandatını həyata keçirmək üçün daha geniş imkanların yaradılması, dövlət maliyyə idarəetməsi sahəsində hesabatlılığın, şəffaflığın və nəzarətin təkmilləşməsi sahəsinə töhfə verməkdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov jurnalistlərə müsahibəsində deyib.

Palata sədri bildirib ki, layihə Hesablama Palatası Avropa İttifaqı ölkələrini təmsil edən Polşa Ali Audit Ofisi tərəfindən INTOSAI (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) standartlarına uyğun maliyyə, uyğunluq və səmərəlilik auditlərinin aparılması, insan resursları ilə bağlı fəaliyyətin gücləndirilməsi və palatanın fəaliyyətinə dair məlumatların Milli Məclisə təqdim edilməsi ilə bağlı fəaliyyətin təkmilləşməsini nəzərdə tutur. Bütün bunlar Azərbaycan Respublikasının dövlət maliyyə idarəetmə sahəsində hesabatlılıq, şəffaflıq və dövlət vəsaiti üzərində səmərəli nəzarətin təmin edilməsinə öz töhfəsini verəcək.