Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
23 may - 3 iyun 2019-cu il
20 (1069)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Aprelin 25-də Sumqayıt Dövlət Universitetində (SDU) ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri” mövzusunda respublika elmi konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, universitetin rektoru professor Elxan Hüseynov Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızın inkişafının davamlı xarakter daşıdığını söyləyib. O deyib ki, son illərdə dövlətin sosial-iqtisadi inkişaf göstəriciləri ardıcıl şəkildə yaxşılaşır, müasir çağırışlar nəzərə alınmaqla qeyri-neft sənayesinin inkişafına göstərilən diqqət öz bəhrəsini verir. Ölkəmizdə milli iqtisadiyyatın ayrı-ayrı istiqamətləri, o cümlədən qeyri-neft sektoru üzrə inkişaf dinamikası daha yüksək səviyyədədir.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri akademik Ziyad Səmədzadə “Azərbaycanda qeyri-neft sektorunun inkişafının strateji əhəmiyyəti” mövzusunda çıxış edərək ölkəmizdə aparılan iqtisadi islahatları, həyata keçirilən strateji proqramları ətraflı təhlil edib. Bildirilib ki, dövlətimizin başçısının apardığı siyasət Azərbaycan xalqının maraqlarına, ölkəmizin iqtisadi təhlükəsizliyinin qorunmasına xidmət edir. Qlobal dünyada baş verən böhranlara baxmayaraq, ölkəmiz iqtisadiyyatını gücləndirir, qeyri-neft sektoru yüksək templə inkişaf edir. Əldə edilən nəticələrə görə, 2019-cu il Azərbaycan üçün önəmli il olacaq.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov Azərbaycan iqtisadiyyatının formalaşmasında və inkişafında Ulu Öndərin əvəzsiz rolunu diqqətə çatdırıb. Qeyd edilib ki, müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaradıb ki, onun öyrənilməsinə hələ uzun illər ehtiyac olacaq. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadiyyatın inkişafını xüsusilə diqqət mərkəzində saxlayıb, iqtisadi potensial isə ölkəmizin inkişafında müstəsna rol oynayıb. Bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursu müasir dövrün aktual çağırışlarına müvafiq olaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

UNEC-in ticarət və gömrük işinin təşkili kafedrasının müdiri professor Arif Şəkərəliyev “Müasir dövrdə qeyri-neft sektorunun üstün inkişafi və diversifikasiyası problemləri”, AMEA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Allahyar Muradov “Biznes mühitinin insan kapitalının inkişafına təsirinin qiymətləndirilməsi”, SDU-nun biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynov “Azərbaycanda kiçik və orta biznesin inkişafı problemləri” mövzularında məruzələrlə çıxış ediblər.

Natiqlər ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət və davamlı islahatlar barədə danışıblar.

Konfransa respublikanın 21 ali təhsil müəssisəsindən və bir sıra iqtisadiyyatyönümlü təşkilatlardan 160 məqalə və tezis daxil olub.

Tədbir işini bölmə iclaslarında davam etdirib.