Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

“Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə” təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Fərman imzalayıb.

Fərmana əsasən, “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə” təsdiq olunub. Dövlət satınalmalarının vahid internet portalının operatoru Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müəyyən edilib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə portalın fəaliyyətinin təşkili, saxlanması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görməli, portalın saxlanması xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına və dövlət-özəl tərəfdaşlığı prinsipinə uyğun olaraq maliyyələşdirilməsi barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə portalın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi portalın “Elektron Hökumət” İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı zəruri tədbirlər görəcək.

Əsasnaməyə görə, portal tender elanının dərc edilməsini; tenderdə iştirak etmək üçün malgöndərənin (podratçının) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsində nəzərdə tutulan sənədləri satınalan təşkilata təqdim etməsini (satınalan təşkilat özü həmin sənədlər barədə məlumatları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-2.2-ci maddəsində göstərilən qaydada əldə edə bilmədikdə); tenderdə iştirak haqqının ödənilməsini; malgöndərənin iddiaçı kimi qeydiyyatdan keçməsini; iddiaçı kimi qeydiyyatdan keçmiş hər bir malgöndərən üçün elektron kabinetin yaradılmasını təmin edəcək.

Həmçinin portal satınalan təşkilat ilə malgöndərən arasında qarşılıqlı məlumat mübadiləsini və sənədlərin təqdim olunmasını; tender təkliflərinin təqdim edilməsini; tender təklifinin təminatının verilməsini; tender komissiyasının virtual iclaslarının keçirilməsini; tender təkliflərinə baxılmasını, onların qiymətləndirilməsini və müqayisəsini; satınalma müqaviləsinin elektron qaydada bağlanmasını, həmin müqavilənin və tenderin nəticələrinə dair digər sənədlərin yerləşdirilməsini; “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda bildirişlərin elektron qaydada göndərilməsini; tenderin əsas şərtlər toplusunun, tender prosedurlarını tənzimləyən normativ hüquqi aktların, satınalma müqaviləsinin və digər sənədlərin yerləşdirilməsini; “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda şikayət verilməsini və həmin şikayətə baxılmanın nəticələri barədə qərarın əldə olunmasını; “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının təqdim edilməsini; hesab-fakturaların satınalan təşkilata təqdim olunmasını; satınalan təşkilatın ödənişlə bağlı təsdiq bildirişi təqdim etməsini; satınalma planının yerləşdirilməsini təmin edəcək.

Portalın fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişafını onun operatoru olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi təmin edəcək.