Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Dünya Enerji Şurası Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Pərviz Şahbazov Dünya Enerji Şurasının regional inkişaf üzrə sədr müavini Oleq Budarqin ilə görüşüb. Görüşdə Dünya Enerji Şurası ilə əməkdaşlıq əlaqələrinin inkişafı, texnologiyaların tətbiqi ilə enerji sektorunda qlobal miqyasda baş verən dəyişikliklər və yeni çağırışların müzakirəsi üçün 3 ildən bir keçirilən Dünya Enerji Konqresi ilə bağlı fikir mübadiləsi aparılıb. 1923-cü ildən fəaliyyət göstərən, 100-dək ölkəni və 3 mindən çox təşkilatı əhatə edən Dünya Enerji Şurasının enerji təhlükəsizliyi, enerji bərabərliyi və ekoloji təhlükəsizlik arasında balansın yaradılmasındakı rolundan bəhs edilib. Bildirilib ki, yanacaq-energetika sektorunun bütün istiqamətlərini özündə birləşdirən qlobal təşkilat kimi Dünya Enerji Şurası enerji ölkəsi kimi Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Söhbət zamanı Pərviz Şahbazova sentyabrın 9-12-də Birləşmiş Ərəb Əmirliyində keçiriləcək 24-cü Əbu-Dabi Dünya Enerji Konqresinə dəvət məktubu təqdim edilib. “Rifah üçün enerji” devizi altında keçiriləcək tədbir çərçivəsində, həmçinin 8-ci Asiya Nazirlər Toplantısı da nəzərdə tutulub.