Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birlikdə "Azərbaycanda rəqabətli kənd təsərrüfatının inkişafı: kənd təsərrüfatında mənfəətli dəyər zəncirlərinin maliyyələşdirilməsi" mövzusunda konfrans keçirib.

ABA-dan AZƏRTAC-a bildirilib ki, məqsəd sağlam kənd təsərrüfatı portfeli yaratmaq üçün kənd təsərrüfatı sektorunun gəlirli kreditləşməsi, dəyər zəncirlərinin daxilində maliyyəyə olan ehtiyac və risklərin təsirlərinin azaldılması strategiyaları barədə maliyyə təşkilatlarını məlumatlandırmaqdır.

"Kənd təsərrüfatının gəlirli maliyyələşdirilməsi" adlı paneldə bazara ümumi baxış – inkişaf üçün imkanlar və çağırışlar, Azərbaycan kənd təsərrüfatının maliyyələşdirilməsi imkanları və metodları məsələlərini əhatə edən "Kənd təsərrüfatı: maliyyələşmədə artan imkanlar", "İnkişaf edən dəyər zəncirləri: banklar üçün imkanlar" mövzusunda təqdimatlar dinlənilib.

Konfransda ixracyönümlü dəyər zəncirlərinin üstünlükləri, seçilən dəyər zəncirlərində nağd pul dövriyyəsi, risklər və bazar tendensiyalarının izahatı, dəyər zənciri boyunca maliyyələşməyə ehtiyac, IFC-in təcrübəsi: effektiv idarə olunan və diversifikasiya olunmuş aqrar kredit portfelinin yaradılması məsələləri müzakirə edilib.

Konfransda maliyyə təşkilatları, xüsusilə də kənd təsərrüfatı dəyər zəncirlərinin maliyyələşdirilməsinin ənənəvi maliyyələşdirmə ilə müqayisədə üstünlükləri və kənd təsərrüfatı portfelini artırma imkanları öyrənilib.