Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında Bakı şəhərində Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış-yarmarkaları fəaliyyətə başlayıb. Yarmarkalar paytaxtın 14 yerində təşkil olunub. Yarmarkalara Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş fermerlər öz məhsullarını çıxarıblar. Yasamal, Nizami, Xəzər və Səbail rayonlarında yarmarkalar Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilib.

AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov martın 2-də Səbail rayonunda keçirilən yarmarkanın fəaliyyəti ilə tanış olub, fermerlərlə görüşüb, qiymətlərlə maraqlanıb.

Jurnalistlərə açıqlama verən İnam Kərimov bildirib ki, Novruz bayramı ərəfəsində yarmarkaların keçirilməsində məqsəd bazarda məhsul bolluğu yaratmaqdır: “Bu yarmarkalar Prezidentin göstərişi əsasında keçirilir. Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə keçirdiyimiz yarmarkalar “Kənddən Şəhərə” brendi altında təşkil olunur. Bu yarmarkaların əsas xüsusiyyəti odur ki, fermerlər öz məhsullarını vasitəçi olmadan, birbaşa alıcılara təqdim edirlər. Yarmarkaya məhsul çıxaran fermerlər vahid geyim formasından istifadə edir. Burada sanitar-gigiyenik normalara ciddi əməl olunur. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bütün yarmarkalarda müvafiq nəzarəti həyata keçirirlər. Hesab edirik ki, bu cür yarmarkaların təşkili nəticəsində həm bolluq olacaq, həm fermerlər öz məhsullarını satmaq üçün yeni imkan əldə edəcək, həm də alıcılar keyfiyyətli məhsulları daha ucuz almaq imkanı qazanacaqlar”.

Qeyd edək ki, martın 2-dən başlayaraq paytaxtın bütün rayonlarında hər həftənin şənbə və bazar günləri kənd təsərrüfat məhsullarının satış-yarmarkaları keçiriləcək. Novruz bayramı ərəfəsində isə yarmarkalar martın 16-dan 21-dək davam edəcək.