Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

UNEC-də «Elm aylığı» başlandı

 

Fevralın 27-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)Azərbaycan Respublikasında “Elm aylığı”çərçivəsində “Tədqiqat Universiteti: nələri bilmirik?” mövzusunda elmi-praktiki konfrans  keçirilmişdir. Tədbiri giriş sözü ilə açan UNEC rektoru, professor Ədalət Muradov konfrans iştirakçılarını salamlamış,  Dövlət İqtisad Universitetində aparılan elmi tədqiqatların səviyyəsindən,  qarşıya qoyulan hədəf və məqsədlərdən danışmış, bu sahədə mövcud olan problemləri diqqətə çatdırmışdır.
UNEC-də elmi fəaliyyətin daha da genişləndirilməsi, elmi araşdırmaların, tədqiqatların stimullaşdırılması, tədqiqat universitetinə keçid istiqamətində son illər həyata keçirilən işlər, əldə edilmiş nəticələr, nailiyyətlər barədə çıxış edən  rektor Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında dövlət başçısının Sərəncamının əhəmiyyətini vurğulamış,  tədqiqat universitetinə transformasiya istiqamətində tədbirlər həyata keçirən UNEC-də fevralın 27-dən martın 27-dək “Elm aylığı”nın keçirilməsi ilə bağlı əmrin imzalandığını bildirmişdir. “Elm aylığı”nın günün tələbləri əsasında formalaşdırılmış, məzmunlu tədbirlər planı çərçivəsində “Yeni elm sahələri – ekonofizika”, “Elm haqqında elm”, “İqtisadiyyat üzrə Nobel laureatları”, “Elmi fəaliyyətin institusional sistemi: müasir vəziyyət və perspektivlər”, “Qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələrini və vergi yükünün qiymətləndirilməsi”, “Azərbaycanda rəqəmsal iqtisadiyyat və inkişaf perspektivləri”, “İslam maliyyəsi: müasir trendlər və inkişaf perspektivləri”, “Tələbələrin elmi fəaliyyətə cəlb olunması: problemlər və perspektivlər”, “Azərbaycan iqtisadiyyatı koqnitiv tədqiqatlar kontekstində” kimi məsələlərə həsr edilmiş tədbirlərin keçiriləcəyi nəzərdə tutulmuşdur.
Həyata keçirilmiş stimullaşdırıcı tədbirlər çərçivəsində UNEC-in professor-müəllim heyətinin “Web of Science” bazasına daxil edilən elmi əsərlərinin sayında da ciddi artım qeydə alınmışdır. UNEC-in 1991-2018-ci illərdə “Web of Science” bazasına daxil edilən elmi əsərlərinin (77 əsər) təxminən 56%-i (43 əsər) son 3 ilin payına düşür. Beynəlxalq səviyyəli universitet olmaq istiqamətində məqsədyönlü addımlar atan UNEC dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı “Thomson Reuters”) şirkətinin mükafatına layiq görülmüşdür. UNEC-in müəllim heyətinin nüfuzlu elmi jurnallarda nəşrlərinin sayının ilbəil artmasına və dünya elm məkanına uğurla inteqrasiyasına görə “Clarivate Analytics” şirkətinin “Web of Science Awards-2018” və “Most progressive universities in Web of Science for the last 3 years” mükafatlarını qazanmışdır. UNEC-də “Clarivate Analytics” şirkəti ilə əməkdaşlıq çərçivəsində birgə beynəlxalq konfrans və təlimlər keçirilmiş,  MDB məkanı ölkələrində ilk dəfə UNEC-də elm metriya haqqında biliklərin sistemləşdirildiyi “Elm metriya üzrə vəsait: Elm və texnologiyaların inkişaf indikatorları” kitabı tərcümə edilərək çap olunmuşdur.
Bu istiqamətdə görülən işləri daha da aktivləşdirmək məqsədilə UNEC-də beynəlxalq beyin mərkəzinin yaradılması nəzərdə tutulmuşdur. Sırf elmi araşdırmalar, tədqiqatlar ilə məşğul olan alimlərin ancaq müəllim olaraq fəaliyyət göstərən əməkdaşlardan fərqləndirilməsinin zəruriliyini vurğulayan rektor “impact” faktoru yüksək olan elmi nəşrlərdə məqalə çap edən UNEC araşdırmaçılarının mükafatlandırıldığını bildirmişdir. 
AMEA-nın həqiqi üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə konfransda çıxış edərək, universitetin ölkənin iqtisad elmi üçün əhəmiyyətinə toxunmuş, burada mütəmadi olaraq günün reallıqlarına cavab verən elmi tədbirlərin keçirildiyini qeyd etmişdir. Azərbaycanda uğurlu iqtisadi inkişaf strategiyasının icra olunduğunu, ölkədə özünəməxsus iqtisadi modelin formalaşdırıldığını bildirmişdir. Akademik bu gün qloballaşan dünyada Azərbaycan iqtisadiyyatının qarşısında duran vəzifələri səsləndirmiş, iqtisadçılarımızın üzərinə düşən öhdəliklərin yerinə yetirilməsində milli maraqların qorunmasının vacibliyini xüsusilə vurğulamışdır.
AMEA-nın İctimai Elmlər  bölməsinin akademik katibi, AMEA-nın həqiqi üzvü Nərgiz Axundova “İctimai elmlərin əsas problemləri” mövzusunda çıxış edərək müasir dövrdə ictimai elmlər sahəsində mövcud olan çatışmazlıqları, onların həlli yollarını  nəzərə çatdırmış, elm və təhsilin vəhdətinin böyük əhəmiyyəti olduğunu qeyd etmişdir. O, dövlət başçısının Sərəncamı ilə “Elm günü”nün təsis olunmasının əhəmiyyətinə toxunmuşdur. Elmin əsas məqsədinin insan həyatının rifahı olduğunu bildirən N.Axundova qlobal elmdə mövcud meyillərin Azərbaycana da təsir etdiyini diqqətə çatdırmışdır. Müasir dövrün tələblərini nəzərə almaqla yeni elmi paradiqmin müəyyənləşdirilməsinin zəruriliyini vurğulayan akamedik Nərgiz Axundova dünyada standart inkişaf modelinin mövcud olmadığını, ölkənin reallıqlarını nəzərə almaqla yanaşmalardan istifadənin zəruriliyini bildirmişdir. 
UNEC-in “Elmi fəaliyyətin təşkili və idarə edilməsi” departamentinin direktoru, professor Zahid Məmmədov “Universitetlərin elmi fəaliyyətində yeni trendlər: beynəlxalq təcrübə və UNEC reallığı” mövzusu ilə çıxışında universitetin elmi nailiyyətlərindən və gələcəkdə elmi fəaliyyətin uğurlu təşkili üçün atılan addımlardan danışmış, qeyd etmişdir  ki, son illər həyata keçirilmiş tədbirlər Azərbaycan Dövlət İqtisad Universitetinin nüfuzunun artırılmasına ciddi təsir etmişdir.  UNEC professorları dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən universitetlərə vizitor alim kimi dəvət edilir, II ixtisas qrupu üzrə qəbul imtahanlarında prezident təqaüdünə layiq görülmüş 74% tələbə ali təhsil üçün məhz UNEC-i seçmişdir.
Hazırda dünyada universitetlərin elmi tədqiqatlar ilə tanındığını bildirən Z.Məmmədov UNEC-in də bu istiqamətdə əməli addımlar atdığını qeyd etmişdir. O, universitetlərin elmi fəaliyyətində beynəlxalq təcrübənin öyrənilməsinin və tətbiqinin elmin bugünkü tərəqqisinə müsbət təsirlərini qeyd etmiş, mövcud problemlərin həlli üçün tədbirlər görülməsinin bütövlükdə inkişafımıza xidmət edəcəyini bildirmişdir.