Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Fevralın 22-də Tbilisidə “Gürcüstanın Kvemo Kartli regionunun infrastrukturunun inkişafı” mövzusunda “CEO Lunch Tbilisi” təşkil olunub.

“Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev tədbirin məqsədindən danışıb. Bildirib ki, bu cür tədbirlər Azərbaycan ilə Gürcüstan arasında iqtisadi, sosial, humanitar və ticarət əlaqələrinin inkişafına xidmət edir.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov ölkələrimiz arasındakı dostluq əlaqələrindən söhbət açıb. Müstəqiliyimizin bərpasından sonra münasibətlərimizin daha da genişləndiyini və möhkəmləndiyini bildirib.

Səfir Azərbaycanın və Gürcüstanın birgə iştirakı ilə həyata keçirilən irimiqyaslı enerji və infrastruktur layihələrinin əhəmiyyətini xüsusi qeyd edib.

Kvemo Kartlinin qubernatoru Şota Rexviaşvili çıxışında bölgənin iqtisadi imkanları, turizm potensialı, iş adamları üçün yaradılan imkanlardan danışıb. Bildirib ki, Azərbaycan iş adamları üçün bölgədə öz biznes imkanlarını inkişaf etdirmək üçün geniş imkanlar var.

Tədbirdə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Gennadi Arveladze, kənd təsərrüfatı nazirinin müavini Georgi Xanişvili, Gürcüstan Maliyyə Nazirliyi Akademiyasının rəhbəri Tariel Çuluxadze, Kvemo Kartlinin Regional İnkişaf Agentliyinin icraçı direktorunun müavini Nuqzar Salia, biznes-ombudsman İraklı Lekvinadze məruzə ilə çıxış edib.

Tədbir çərçivəsində “Antaris” şirkətinin kommersiya direktoru Samir Axundov təqdimatla çıxış edib. “CEO Lunch Tbilisi” çərçivəsində iş adamlarına onları maraqlandıran suallara cavab tapmaq imkanı yaradılıb. Həmçinin Kvemo Kartlinin qubernatoru Ş.Rexviaşviliyə “Caspian European Club”un fəxri üzvlük sertifikatı təqdim olunub.