Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Azərbaycan ilə İtaliya arasında investisiyaların təşviqi və qorunması haqqında yeni Saziş layihəsi hazırlanır.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, iqtisadiyyat naziri Şahin Mustafayev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşüb. Görüşdə Ş.Mustafayev ölkələrimiz arasında əməkdaşlığın uğurla davam etdiyini, Prezident İlham Əliyevin İtaliyaya səfərləri, ötən ilin iyulunda İtaliyanın Prezidenti Sercio Mattarellanın Azərbaycana səfərinin, bu səfərlər çərçivəsində keçirilən görüşlərin, biznes-forumların və aparılan danışıqların əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyətini vurğulayıb.

İkitərəfli iqtisadi əlaqələrdən danışan nazir qeyd edib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 10 faiz artaraq 6,2 milyard dollar təşkil edib. Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda İtaliyanın iştirakı ilə tvinninq layihələri icra olunur. İtaliya şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərir. İtaliyanın “Maire Tecnimont” şirkətinin podratçısı olduğu “SOCAR Polymer” zavodunun bir neçə gün əvvəl açılışı olub. 2018-ci ildə bu zavodun birinci mərhələsinin açılışında hər iki dövlət başçısının iştirakı ikitərəfli əlaqələrin inkişafına verilən önəmin göstəricisidir.

Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu vurğulayan iqtisadiyyat naziri “Cənub Qaz Dəhlizi” layihəsinin, TANAP-ın ölkəmizin mühüm enerji təminatçısı kimi mövqeyini daha da möhkəmləndirdiyini, iştirakçı ölkələr arasında əməkdaşlığı gücləndirdiyini, Azərbaycan qazını İtaliyaya nəql edəcək TAP layihəsinin də uğurla icra olunduğunu vurğulayıb.

Bildirib ki, ölkəmizin artan tranzit imkanları, reallaşdırılan mühüm layihələr – “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tranzit-logistika əməkdaşlığının inkişafı üçün geniş imkanlar yaradır. Hazırda Azərbaycan ilə İtaliya arasında investisiyaların təşviqi və qorunması haqqında yeni Saziş layihəsi, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan birgə Fəaliyyət Planı üzərində iş aparılır.

Ş.Mustafayev ölkəmizin qeyri-neft sektoru sahəsində İtaliya ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, energetika, infrastruktur, nəqliyyat, İKT, turizm, kənd təsərrüfatı, şərabçılıq və sair sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb. Nazir italyan iş adamlarını Azərbaycandakı əlverişli işgüzar şəraitdən yararlanmağa, sənaye parklarında və məhəllələrində maşınqayırma, məişət texnikası, yüngül sənaye, əczaçılıq sahələrində birgə müəssisələrin təşkilinə dəvət edib.

İtaliyanın iqtisadi inkişaf nazirinin müavini A.Cioffi yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafında mühüm rolunu, səfərlər zamanı digər sahələr kimi, qeyri-neft sektoru sahəsində də əlaqələrin genişləndirilməsinə dair səmərəli müzakirələrin aparıldığını vurğulayıb. O, İtaliya şirkətlərinin Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində layihələrdə iştirak etməkdə marağını diqqətə çatdıraraq, əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.