Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə fevralın 21-də Bakıda, eləcə də regionlarda ət və ət məhsullarının istehsalı və quşçuluq sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib.

KOBİA-dan bildirilib ki, tədbirdə İqtisadiyyat, Vergilər, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Gömrük Komitəsinin və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyəti sədrinin birinci müavini Natiq Həsənov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən islahatlar və dəstək mexanizmləri, eləcə də agentliyin fəaliyyəti, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdiyi xidmətlər barədə məlumat verib. Qeyd olunub ki, agentlik “KOB Dostu” və digər dəstək mexanizmləri vasitəsilə sahibkarlara müxtəlif sahələr üzrə xidmətlər göstərir. KOBİA-nın başlıca fəaliyyət istiqamətlərindən biri də dövlət və özəl qurumların fəaliyyətinin əlaqələndirilməsidir. Belə formatda görüşün təşkilində məqsəd də məhz sahibkarlar və dövlət qurumları arasında səmərəli əməkdaşlıq platformasının daha da genişləndirilməsidir və bu cür tədbirlərin mütəmadi olararaq təşkil olunması nəzərdə tutulur.

Sonra İqtisadiyyat, Vergilər, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Gömrük Komitəsinin və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri müvafiq sahələrdəki yeniliklər, qanunvericiliyə edilmiş dəyişikliklər, dövlət dəstəyi tədbirləri barədə sahibkarları məlumatlandırıblar.

Tədbirdə ət və ət məhsulları istehsalı və quşçuluq sahələrinin inkişafı, istehsalın dəstəklənməsi, satışın təşkili, idxal-ixrac əməliyyatları, qida təhlükəsizliyi, eləcə də sahibkarları maraqlandıran digər məsələlər barədə müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib.

Qarşılıqlı müzakirə şəraitində keçirilən görüşdə müvafiq dövlət qurumlarının nümayəndələri ət və ət məhsullarının istehsalı və quşçuluq sahələrində fəaliyyət göstərən sahibkarları maraqlandıran sulları cavablandırıblar.

Görüş çərçivəsində, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “KOB Dostu” mexanizmi barədə məlumat verilib, Bakı üzrə KOB dostları sahibkarlara və aidiyyəti dövlət qurumlarının nümayəndələrinə təqdim olunub.