Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Fevralın 20-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısının yekununa dair Birgə Bəyannamə imzalanıb.

Sənədi toplantı iştirakçıları adından Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger imzalayıb.

İmzalanma mərasimindən sonra toplantının yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

Energetika naziri deyib ki, bu gün imzalanan “Birgə Bəyannamə”də strateji tərəfdaşlıq ön plana çəkilib və layihənin təşəbbüskarı olan Azərbaycanın rolu bir daha qeyd edilib. İclas zamanı Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin icrası üzrə əldə olunan nailiyyətləri yüksək qiymətləndirib. Builki iclasın iştirakçılarının sayında da artım olub. İclasa 17 ölkənin nümayəndəsi qatılıb. Serbiya, Macarıstan və San-Marino ilk dəfə iclasda təmsil olunub. Bu, Cənub Qaz Dəhlizinə marağın artdığının bariz nümunəsidir.

P.Şahbazov bildirib ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrdən “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi və TANAP-ın Türkiyə təbii qaz nəql edən hissəsi üzrə işlər yekunlaşıb. Azərbaycan qazını Avropaya çatdıracaq TAP boru kəmərinin inşasının 85 faizi tamamlanıb.

Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı G.Ottinger isə qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasındakı enerji əməkdaşlığının böyük perspektivləri var. Avropa İttifaqı Azərbaycanda enerji sektorunun daha da inkişafına dəstək verməyə hazırdır: “Biz hələ 2009-cu ildə Xəzərdə hasil olunan təbii qazın Avropaya nəqlinə dair ideyaları eşitməyə başladıq. İlkin olaraq “Nabucco” layihəsi irəli sürüldü. Bu layihə çərçivəsində nəzərdə tutulurdu ki, Xəzər qazı Avropa bazarına çatdırılsın. “Nabucco” opera kimi tanınır, Cənub Qaz Dəhlizi isə reallıqdır”.

G.Ottinger bildirib ki, “Şahdəniz-2” yatağından hasil olunan qaz artıq boru kəməri ilə Türkiyəyə çatdırılır. Bu layihənin sonuncu hissəsi – TAP layihəsi üzrə işlər davam edir. Ümidvarıq ki, həmin işlər 2019-2020-ci illərdə tamamlanacaq: “Nazirlər səviyyəsində keçirilən bu toplantı çox mühüm tədbirə çevrilib. İtaliyadan olan nümayəndələr də TAP layihəsinin önəminə toxundular. Azərbaycan qazının İtaliyaya çatdırılması istiqamətində işlər gedir. Avropa üçün enerji təhlükəsizliyi çox mühüm məsələdir. Qarşıdakı 10 ildə isə qitədə təbii qazın önəmi daha da artacaq. Bizim üçün marşrutların və mənbələrin şaxələndirilməsi önəmlidir. Bu xüsusda Xəzər qazı, Azərbaycan qazı bizim üçün yeni mənbə, yeni marşrut deməkdir”.

Avrokomissar vurğulayıb ki, Azərbaycan və SOCAR hazırda Avropa İttifaqının strateji enerji tərəfdaşıdır. Bu gün Cənub Qaz Dəhlizi tamamlandıqdan sonra növbəti ünvanlara genişləndirilməsi müzakirə olunur. Ümumi məqsəd isə növbəti 10 ildə Avropa istiqamətinə gedən qazın həcmi ən azı iki dəfə artırılsın, ildə 20 milyard kubmetr, hətta 25 milyard kubmetrə çatdırılsın.

“Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlığın çox geniş üfüqləri var. Bunlar arasında hasil edilən yanacaq, bərpaolunan enerji mənbələri, həmçinin elektrik şəbəkələrinin müasirləşdirilməsi kimi məqamlar var. Nəqliyyat sahəsində də bizim əməkdaşlığımız genişlənə bilər. Avropa İttifaqı Azərbaycanın öz iqtisadiyyatını daha da şaxələndirməsinə töhfə vermək, enerji və bərpaolunan enerji sahəsində də əməkdaşlığı genişləndirmək əzmindədir”, - deyə o əlavə edib.

Xatırladaq ki, Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı isə ötən il fevralın 15-də keçirilib.