Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Bu gün İran İslam Şurası Məclisində (parlamentdə) büdcə müzakirələri davam edib.

AZƏRTAC xəbər verir ki, parlamentin iclasında Rusiyadan kredit alınması məsələsi də müzakirə olunub və deputatlar Rusiyadan 5 milyard dollar həcmində kredit almaq üçün hökumətə icazə verib. Müzakirələrdə iştirak edən İqtisadiyyat və Maliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, alınacaq kredit yalnız infrastruktur layihələrə sərf olunacaq. Bu layihələr arasında dəmir və avtomobil yolları xüsusi yer tutur.

Rusiyanın özünün də İran kimi Qərbin iqtisadi sanksiyaları altında olmasına baxmayaraq İrana bu məbləğdə kredit ayırması heç də təsadüfi xarakter daşımır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Rusiya Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tam olaraq formalaşmasında çox maraqlıdır. Neft ölkəsi olan Rusiya iqtisadiyyatını şaxələndirərək onu dünya bazarında neftin qiymətindən asılılığına son qoymağa çalışır. Çünki Rusiyanın dünya siyasətinə təsirini azaltmaq üçün Qərb dövlətləri dünya bazarında neftin qiyməti ilə manipulyasiya edə bilirlər.

Azərbaycanın da Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında xüsusi rolunun olmasını nəzərə alsaq Rusiyanın bu addımınin ölkəmizin də maraqlarına uyğun gəldiyini deyə bilərik. Bildiyimiz kimi Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xətinin çəkilişi Rusiya ilə İran arasında dəmir yolu vasitəsilə nəqliyyat əlaqəsi yaranıb. Bu yol Qəzvin-Rəşt-Astara dəmir yolunun davamıdır. Hələlik Astara (Azərbaycan) - Astara(İran) dəmir yolu xəti ilə Rusiya yalnız İran ilə idxal-ixrac əməliyyatlarını həyata keçirə bilir. Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) yolu tam hazır olduqdan sonra isə Rusiyanın Hindistan və Fars körfəzi ölkələri ilə də əlaqələri yaranacaq.

Nəzərə almaq lazımdır ki, dəmir yolu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yalnız bir seqmentidir. Bu marşrut ona görə dəhliz adlanır ki, bura dəmir yolları ilə yanaşı avtomobil və dəniz yolları da daxildir. Hər üç seqmentin işə düşməsi Azərbaycan üçün faydalıdır və ölkəmiz bu yolların üzərindədir. Yəni dəhlizə daxil olan dəmir, avtomobil, də dəniz yolları Azərbaycandan keçir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə ölkəmizi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasına cəlb etməsi və bunun ardınca Bakı Beynəlxalq Ticarət Limanının tikilib istifadəyə verilməsi, Ələt-Astara avtomobil yolunun salınması və Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xətinin inşasına nail olması təsadüfi xarakter daşımır. Azərbaycan Prezidenti olduqca düşünülmüş addım ataraq göstərdiyimiz infrastruktur layihələri ilə dəhlizin bütün seqmentlərindən istifadə etmək niyyətini ortaya qoyub. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan yalnız dəmir yolu vasitəsilə daşınan tranzitdən deyil, həmçinin avtomobil və dəniz yolları ilə daşınan yüklərdən tranzit gəlirlər əldə edəcək.

Dəhlizin yükaşırma qabiliyyətinə və həcminə gəldikdə qeyd etmək lazımdır ki, marşrut üzrə ildə 10 milyon ton yük daşınacaq. Nəqliyyat xərcləri isə əvvəlki marşrutdan fərqli olaraq 30 faiz aşağı düşəcək. Əgər Rusiya ilə Hindistan arasındakı ticarət dövriyyəsinin həcmi 2017-ci ildə 9,3 milyard dollar olmuşdusa, 2018-ci ildə bu rəqəm 10,5 milyard dolara yüksəlmişdi. Rusiyanın İqtisadi İnkişaf nazirliyinin proqnozuna görə 2025-ci ilə kimi Hindistan ilə ticarət dövriyyəsinin həcmi 30 milyard dollara çatdırılacaq. Rusiya Hindistana emal olunmuş ağac (taxta) neft və neft məhsulları, kömür və digər faydalı qazıntılar ixrac edir. Əks istiqamətdə isə kənd təsərrüfatı məhsulları, maşınqayırma avadanlıqları və sair yüklər göndərilir. Rusiyanın Cənub-Şərqi Asiyanın yalnız bir ölkəsi ilə ticarət dövriyyəsini göstərməklə, onu nəzərə çatdırmaq istəyirik ki, dəhliz daim işlək vəziyyətdə olacaq və ona yatırılan sərmayə qısa zaman kəsiyində faydasını verəcək.

Mühüm bir məsələni də diqqətə çatdırmağı lazım bilirik. ABŞ İrana qarşı sanksiyalar tətbiq etsə də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında əhəmiyyətli rol oynayan İranın Sakit Okean sahilindəki Çabahar limanını müəyyən siyasi səbəblərə görə sanksiyalardan azad edib. Asiyadan Rusiya və Avropaya göndərilən yüklər məhz bu limana daxil olacaq. Buradan isə Qəzvin-Rəşt-Astara dəmir, Ənzəli-Bakı-Astarxan dəniz və Astara-Ələt-Bakı avtomobil yolları ilə daşınacaq.

Beləliklə Rusiyanın İrana 5 milyard dollar həcmində kredit verməsi və bu vəsaitin nəqliyyat infrastrukturuna xərclənəcəyinin bəyan edilməsi Azərbaycanın maraqlarına uyğundur. Azərbaycan Prezidentini region ölkələri ilə üçtərəfli əməkdaşlıq əlaqələri yaratması və bu əməkdaşlığın İran-Azərbaycan-Rusiya formatında davamı, ölkəmiz üçün faydası göz qabağındadır.

Yüklərin Azərbaycan ərazisindən tranzit daşınmasına qlobal xarakter daşıyan strateji məsələ kimi baxmaq lazımdır. Belə ki, tranzit ölkəyə çevrilmək ölkənin geosiyasi əhəmiyyəti ilə yanaşı, dünya iqtisadiyyatındakı rolunu da artırır.

Azərbaycan üçün Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tam formalaşması bir sıra səbəblərə görə olduqca əhəmiyyətlidir.

Birinci, Azərbaycan Fars Körfəzi ölkələri ilə yanaşı, Hind Okeanı hövzəsindəki dövlətlər ilə iqtisadi və ticarət əlaqələrinə malik olacaq.

İkinci, iqtisadi əlaqələr siyasi münasibətlərin yaranmasına və inkişafına təkan verən amildir. Həmin dövlətlər ilə iqtisadi əlaqələrlə birlikdə, siyasi əlaqələr də inkişaf mərhələsinə qədəm qoyacaq.

Üçüncüsü, tranzit gəlirlərlə ölkəmizdə qeyri-neft sektoru daha da inkişaf edəcək, minlərlə iş yerləri yaranacaq, büdcə gəlirləri ilə yanaşı əhalinin sosial rifah halı yüksələcək.

Bütün bunlarla bərabər Azərbaycan siyasi zəmanət də əldə edəcək. Yəni Rusiya və İranla yanaşı, Körfəz ölkələri və Hind Okeanı hövzəsindəki dövlətlər Azərbaycanda ictimai-siyasi sabitliyin davamlı xarakter daşımasında maraqlı olacaqlar. Bu fakt isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda rəsmi Bakının mövqeyini daha da gücləndirəcək.

Göründüyü kimi Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlar uzaq gələcəyə hesablanıb və ölkəmizin iqtisadi və siyasi baxımdan gələcək inkişafı üçün möhkəm əsaslar yaradıb.