Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib **** ® “AtaBank”ın əməkhaqqı kart sahiblərinə şad xəbər ****
Qəzetin çap variantları
18-24 aprel 2019-cu il
15 (1063)
11-17 aprel 2019-cu il
14 (1062)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Cari ildə Qazax və Horadiz şəhərlərində su təchizatı sistemlərinin yenidən qurulmasına başlanılacaq.

“Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, bu barədə cəmiyyətin 2018-ci il üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyilib.

ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, 2018-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaradıb. Dövlət başçısının əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq ötən il “Azərsu” tərəfindən kompleks tədbirlər həyata keçirilib.

Bildirilib ki, ötən il Prezident İlham Əliyevin iştirakı ilə Xaçmaz və Xızı şəhərlərində, həmçinin Altıağac qəsəbəsində su və kanalizasiya şəbəkələri, Mingəçevir və Astara şəhərlərində isə içməli su şəbəkələri istismara verilib. Eyni zamanda, Ağcabədi, Daşkəsən şəhərlərində su və kanalizasiya, Biləsuvar şəhərində kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb. Şamaxı, Gədəbəy, Lerik və Tovuz şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra olunub.

Diqqətə çatdırılıb ki, dövlət başçısının “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2018-ci il 9 aprel tarixli Sərəncamı, həmçinin dövlət investisiya layihəsi çərçivəsində içməli su çatışmazlığının müşahidə edildiyi 18 rayonun 41 kəndində layihələr icra olunub. Bu kəndlərdə 325 kilometr magistral və paylayıcı su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 1100 bulaq quraşdırılıb.

Qeyd olunub ki, 2018-ci ildə Bakı şəhəri və Abşeron yarımadasında mühüm layihələr icra olunub. Avtomobil yollarının yenidən qurulması çərçivəsində Babək prospekti, Təbriz, Xiyabani, Mir Cəlal və Məsud Davudoğlu küçələrində su və kanalizasiya xətləri yenilənib. Hesabat ilində 1162 kilometr magistral və şəbəkə su xətləri, 335 kilometr kanalizasiya kollektoru və xətləri, 10 su anbarı inşa edilib, 26 subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda 48 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edilib, 97 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da, fasiləsiz içməli su ilə təmin olunan əhalinin xüsusi çəkisi ölkə üzrə 69 faizə, Bakı şəhəri üzrə isə 81,5 faizə yüksəlib.

Bildirilib ki, ötən il bölgələrdə regional laboratoriyaların yaradılmasına başlanılıb. Beş yeni elektron xidmət istifadəyə verilərək xidmətlərin sayı 16-ya çatdırılıb. 2018-ci ildə “Azərsu” ASC yenidən Dünya Su Şurasının İdarə Heyətinə üzv seçilib.

Q.Hüseynov qarşıda duran vəzifələr barədə tapşırıqlar verib, bildirib ki, bu il Ağdaş, Qəbələ, və Xırdalan şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşacaq. Eyni zamanda, Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində tullantı sutəmizləyici qurğuların inşası tam başa çatacaq. 2019-cu ildə Qazax və Horadiz şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına, 10-dan çox şəhərdə isə tullantı sutəmizləyici qurğuların tikintisinə başlanılacaq. Bu il içməli sudan əziyyət çəkən kəndlərdə layihələrin, binadaxili kommunikasiya xətlərinin yenilənməsi və sayğaclaşma işlərinin davam etdirilməsi nəzərdə tutulur. 2019-cu ildə müştəri xidmətləri sahəsində də mühüm tədbirlər həyata keçiriləcək.

ASC sədri 2019-cu ildə islahatların davam etdirilməsi, yeni regional idarələrin və laboratoriyaların yaradılması, iqtisadi səmərəliliyin artırılması, abonentlərlə işin təkmilləşdirilməsi barədə müvafiq tapşırıqlar verib.