Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib **** ® “AtaBank”ın əməkhaqqı kart sahiblərinə şad xəbər ****
Qəzetin çap variantları
18-24 aprel 2019-cu il
15 (1063)
11-17 aprel 2019-cu il
14 (1062)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Azərbaycan şərabları Belçika, Çin və Qazaxıstana ixrac olunacaq.

Azərbaycan Sənaye Korporasiyasından AZƏRTAC-a bildirilib ki, Azərbaycanın şərab istehsalçısı “ASK Şəki Şərab” “Bouquet Sheki” və “Askona” adlı brendlərini təqdim edəcək. “Bouquet Sheki” və “Askona” brendləri adı altında Azərbaycanda yığılmış “Rkatsiteli”, “Saperavi”, “Mədrəsə”, “Muskat”, “Şardone” və “Merlo” kimi üzüm sortlarından şərablar istehsal olunacaq. Yüksək keyfiyyətli bu şərablar tamamilə Azərbaycan istehsallıdır və Avropa texnologiyalarına uyğun hazırlanıb. Yaxın günlərdə yeni şərablar ölkənin bütün iri ticarət obyektlərində təqdim ediləcək.

Bununla yanaşı, zavod Belçika, Çin və Qazaxıstana şərab ixracını təşkil etməyi planlaşdırır. İstehsal olunan şərablardan nümunələr Belçika, Çin, Qazaxıstana göndərilib və məhsullar yüksək qiymət alıb. Bu ölkələrdən olan şirkətlərlə müqavilələrin bağlaması da nəzərdə tutulur.

Qeyd edək ki, 2018-ci ildə “ASK Şəki Şərab” zavodu 724,9 ton üzüm qəbul edib və 500 min litr şərab məhsulu hazırlayıb. 2011-ci ildə yaradılan “ASK Şəki Şərab” şirkəti Azərbaycan Sənaye Korporasiyasının törəmə müəssisəsidir.