Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib **** ® “AtaBank”ın əməkhaqqı kart sahiblərinə şad xəbər ****
Qəzetin çap variantları
18-24 aprel 2019-cu il
15 (1063)
11-17 aprel 2019-cu il
14 (1062)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Fevralın 3-də Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyində (AZER-DER) Azərbaycan iqtisadiyyatına və ixrac potensialına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən təşkilatın sədri Yardım Günəş rəhbərlik etdiyi qurumun mədəni əlaqələrlə yanaşı, iqtisadi və ticari əməkdaşlığı da daim diqqət mərkəzində saxladığını, Azərbaycan ilə Avstriyanın işgüzar dairələri arasında körpü yaratmağa çalışdıqlarını bildirib. Qeyd edilib ki, bu tədbir bir tərəfdən ölkəyə sərmayə yatırılmasına, digər tərəfdən isə Azərbaycan istehsalı olan məhsulların dünya bazarlarına çıxarılmasına töhfə verməkdir. Bu məqsədlə yaxın aylarda iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini bildirən Y.Günəş ölkəmizdə keçiriləcək görüşlərdə konkret tərəfdaşlıq əlaqələrinin yaranacağına ümidvar olduğunu vurğulayıb.

Sonra ölkəmizin Avstriyadakı səfirliyinin ikinci katibi Samir Rzayev təqdimatla çıxış edib. Azərbaycanın iqtisadi potensialı və investisiya mühiti barədə ümumi məlumat verən S.Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafına, ixracyönümlü məhsul istehsalının genişlənməsinə və “Made in Azerbaijan” brendli məhsulların ixracının təşviqinə böyük diqqət ayrıldığını vurğulayıb. Qeyd edilib ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə Azərbaycanda bir neçə sənaye parkı yaradılıb və bu parklar ən müasir infrastrukturla təmin olunub. Bu parklarda öz müəssisəsini yaratmaq istəyən yerli və xarici sərmayəçilərə dövlət tərəfindən geniş imkanlar və vergi imtiyazları yaradılıb, eləcə də hüquqi dəstək göstərilir.

Həmçinin Ələt Beynəlxalq Dəniz Ticarət Limanı ölkəni qərblə (Türkiyə və Aİ), cənubla (İran və Hindistan) və şimalla (Rusiya) birləşdirən nəqliyyat qovşağı olmaqla yanaşı, buradakı Azad İqtisadi Zona gələcəkdə istehsal olunmuş məhsulların dünya bazarlarına çıxarılması üçün yüksək keyfiyyətli daşınma imkanları da təqdim edəcəkdir.

Azərbaycan iqtisadiyyatının inkişafı üçün dövlət tərəfindən müəyyən edilmiş prioritet sahələrə toxunan S.Rzayev potensial sərmayəçilərin sənaye, kənd təsərrüfatı, əczaçılıq və sair sahələrə cəlb olunması üçün əlverişli mühitin yaradıldığını qeyd edib. Bildirilib ki, konkret sahələrə maraqlı olan iş adamlarına səfirlik tərəfindən əlavə məlumatlar təqdim edilə və onlarla Azərbaycanda konkret tərəf müqabili olan qurumlar arasında əlaqə yaradıla bilər. Eyni zamanda, Azərbaycan məhsullarının dünya bazarlarına çıxarılması və xarici bazarlarda geniş təbliği istiqamətində də ciddi işlər görüldüyü diqqətə çatdırılıb. Bildirilib ki, işgüzar dairələr Azərbaycan istehsalı olan məhsulların Avstriya və digər Avropa ölkələrinə ixracında yaxından iştirak edə bilərlər.

Təqdimat tədbir iştirakçılarının marağına səbəb olub və onların sualları cavablandırılıb.

Tədbirdə Avstriyada fəaliyyət göstərən müxtəlif şirkətlərin təmsilçiləri, eləcə də Türkiyə və Qazaxıstan səfirliklərinin nümayəndələri iştirak ediblər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana