Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilir ki, yanvarın 17-18-də hava şəraitinin kəskinləşməsindən sonra dəniz yataqlarında normal iş rejimi artıq bərpa olunub. Kəskin hava şəraiti ilə əlaqədar proqnozlara uyğun daha əvvəl təxliyə edilən 2500-dən çox SOCAR əməkdaşı hazırda dənizdəki iş yerlərinə qaytarılıb.

Hava şəraitinin sabitləşməsindən sonra dəniz yataqlarında qasırğanın yaratdığı fəsadların araşdırılması və qiymətləndirilməsi davam etdirilir. Bu vaxta qədər toplanmış məlumatlara əsaslanaraq məlum olub ki, qabaqlayıcı tədbirlər insan tələfatının qarşısını alıb və iqtisadi itkiləri minimuma endirib. Fəsadların qısa perspektivdə ümumi məhsul itkisinə və illik hasilat göstəricilərinə təsiri qiymətləndirilir və uzunmüddətli perspektivdə SOCAR-ın dənizdə aparılan neft-qaz əməliyyatlarında etibarlılığın və effektivliyinin artırılması məqsədilə öyrənilmiş dərslərdən nəticə çıxarılmaqdadır.

Əraziyə baxış keçirilərkən müəyyən edilib ki, “Neft Daşları” neft və qazçıxarma idarəsinin (NQCİ) istehsalat ərazisində, “Palçıq-pilpiləsi” yatağında 1967-ci ildə istismara verilmiş 1047 nömrəli meydança çöküb, Neft Daşlarının ikinci, üçüncü və dördüncü mədən ərazilərində meydançalararası yolun köhnə, istifadə olunmayan hissəsi dağılıb.

N.Nərimanov adına NQÇİ-də bəzi iş və məişət otaqlarının dam örtükləri külək nəticəsində dağılıb, 588 nömrəli meydançadan 730 nömrəli meydançaya gələn neft-qaz xətti yüngül zədələnib. Digər yataqlarda belə hallar aşkar olunmayıb.

Hazırda tufan nəticəsində yaranan fəsadların aradan qaldırılması tədbirlərinə başlanıb.

Qeyd edək ki, yanvarın 17-dən 18-nə keçən gecə şiddətli qasırğa nəticəsində dənizdə küləyin sürəti saatda 140-150 kilometr həddinə çatıb, dalğaların hündürlüyü bəzi yerlərdə 10 metrdən çox olub. Qasırğalı hava şəraiti ilə bağlı risklərin öncədən dəqiq qiymətləndirilməsi və genişmiqyaslı qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində insan tələfatının qarşısı alınıb, böyük iqtisadi itkilərə yol verilməyib, gündəlik qaz təchizatında və neft emalı zavodlarının xammalla təminatında heç bir problem yaranmayıb.

SOCAR bundan sonra da hava şəraiti ilə bağlı verilən hava proqnozuna uyğun riskləri dəyərləndirəcək və vacib qabaqlayıcı tədbirləri görəcək.